xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - Video

12-08-2021, 12:05 122 dəfə baxılıb

Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - Video


Onu Vətən müharibəsinin qəhrəman əsgəri kimi tanımışdıq. Özünü qumbaranın üstünə ataraq döyüş yoldaşlarının həyatını xilas etmişdi. Elə o vaxtdan da “Qumbara Tərlan” ləqəbi ilə tanınır.

Söhbət İkinci Qarabağ müharibəsinin iştirakçısı Tərlan Həsənovdan gedir. Vətənə borcunu yerinə yetirən qazimiz hazırda xidmətini yeni açılan 6 saylı “ASAN xidmət” mərkəzində davam etdirir. O, mərkəzdə fəaliyyətə başlayan Vətən müharibəsi qazilərindən biridir. Belə ki, bir neçə gündür fəaliyyətə başlayan mərkəzin işçilərinin əksəriyyətini Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər təşkil edir.

“Qafqazinfo” 6 saylı “ASAN xidmət” mərkəzində olub, orada işlə təmin olunan qazi və şəhid ailələrinin üzvləri ilə söhbətləşib.



İlk həmsöhbətimiz Tərlan Həsənov ali təhsil aldığı müddətdə könüllü kimi çalışdığı qurumda hazırda İnformasiya Texnologiyaları üzrə mütəxəssisidir. Deyir ki, iş yeni olsa da, ürəyincədir. Bizə döyüş yolundan, döyüşdə verdiyi ani və onu bütün ölkədə tanıdan qərarından həvəslə bəhs edir:

Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - Video


“Oktyabrın 1-də Talışkənd uğrunda döyüşlərdə düşmənlə yaxın məsafədə vuruşurduq. Düşmənin atdığı əl qumbarası yanımıza düşdü. Yanımda komandir heyəti və əsgər yoldaşlarım var idi. Bir neçə saniyə içərisində həyatımın ən vacib və dəyərli qərarını verməli oldum: Həmin əl qumbarasının üstünə uzandım. Çünki icazə verə bilməzdim ki, qumbara döyüş yoldaşlarıma xəsarət yetirsin və döyüş tapşırığımız yarımçıq qalsın. Qumbara partladı, üzərimdə zirehli gödəkçə və rabitə aparatı olduğundan çoxlu bədən xəsarətləri alsam da, sağ qaldım. Ən əsası isə, qumbara məndən başqa heç kəsə bədən xəsarəti yetirməmişdi....”

Həmin hadisədən sonra “Qumbara Tərlan” müharibədə göstərdiyi şücaətə görə “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərkəzdə çalışan 10-dan qazidən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Famil Məlikovdur. O, həm də Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralandığından ordu sıralarından tərxis olunub. Hazırda mərkəzdə Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi kimi çalışır:

Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - Video


“XTQ dedikdə başqa heç nə düşünülümürdü, ağla Vətən eşqi ilə yanan qəlb gəlirdi. Olub ki, əsgərimiz yaralanıb, qoluna qəlpə girsə də bunu heç kimə bildirməyib. Ona görə edib ki, birdən onu müalicə üçün geri qaytararıq. Biz bundan güc alırdıq. 30 il azərbaycanlı ayağı dəyməyən torpaqlara ayaq basırdıq, bu, bizim üçün hər şey idi... Bu günə qədər Vətənimizi canımız bahasına qorumuşuq, bundan sonra yaralanıb ordu sıralarından tərxis olunmağımıza baxmayaraq, vətəndaşlarımızın qulluğundayıq. Müalicə xərclərimizi nəzərə alaraq yüksək əmək haqqı ilə təmin olunmuşuq”.

Qazi F. Məlikov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Azərbaycan bayrağı “ ordeni, “Kəlbəcərin azad olunmasına görə, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərkəzdə ASAN könüllüləri ilə işləyən iki əməkdaş da şəhidlərimizin bizə əmanətidir. Şəhid Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə isə “ASAN xidmət” mərkəzində könüllülər üzrə məsul şəxs kimi çalışır.

Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - Video


Mərkəzdə eyni zamanda şəhid polkovnik, Milli Qəhrəman İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva ilə də qarşılaşırıq. Mərkəzin mühasibatlıq şöbəsində işlə təmin olunan Gülnarə müsahibə vermək istəməsə də, işindən razı olduğunu bildirib.

Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun övladı Anar İbrahimov da burada çalışır. O, ilk iş yeri olan “ASAN xidmət” mərkəzində könüllülərin rəhbəri kimi fəaliyyətə başlayıb.

Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - Video


Mərkəzin məlumat köşkünün əməkdaşı Nərmin Əhmədli isə şəhid Niyamin Niftalızadənin bacısıdır. O, şəhid qardaşının yolunu şərəflə davam etdirdiyini bildirir: “Bu, qarşıma qoyduğum əsas məqsədimdir. Buna görə də bu mərkəzdə vətəndaşlara xidmət mənim üçün qürurverici və məsuliyyətlidir. Biz şəhid ailələrinin ən pis günündə “dəmir yumruq” altında birləşərək bizə mənəvi dəstək göstərən Azərbaycan xalqı üçün peşəkar xidmətə hazırıq”.

Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - Video


Qeyd edək ki, paytaxtın Xətai rayonunda yerləşən 6 saylı “ASAN xidmət” mərkəzində dövlət orqanları da daxil olmaqla, ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışır. Müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmətlər göstərən qurumlar tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir.

Gülnar Əliyeva

Foto-Video: Nuran Məmmədov


Burada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - VideoBurada şəhid ailə üzvləri, qazilər birlikdə çalışır - Video






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi