xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Əhalinin neçə faizi Vətən müharibəsinin nəticələrindən razı qalıb? - SORĞU

22-12-2020, 13:10 84 dəfə baxılıb

Əhalinin neçə faizi Vətən müharibəsinin nəticələrindən razı qalıb? - SORĞU


Vətən müharibəsi əhalinin 88,4 faizinin gözlədiyi kimi nəticələnib.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən Müharibəsi mövzusunda keçirilən brifinqdə deyib.

27 sentyabrda başlayan Vətən müharibəsində cəmiyyətin 90 faizindən çoxunun gözləntisi Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun tamamilə işğaldan azad edilməsi ilə bağlı olub. Əhalinin 88,4 faizi gözlənilən nəticənin əldə olunduğunu bildirdiyi halda, respondentlərin 11,6 faizi Vətən müharibəsinin gözlənildiyi kimi yekunlaşmadığını qeyd edib.

Bununla bağlı irəli sürülən amil, işğaldan azad edilmiş bütün torpaqlardan ermənilərin çıxarılması istəyidir. O cümlədən, regiona gələn sülhməramlı qüvvələrlə bağlı da qeyd edilən 11,6 faizin içərisində fərqli düşüncə sahibləri var.

Qeyd edək ki, sorğu 1-4 dekabr tarixlərində 603 respondent arasında təşkil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi