xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Elman Nəsirov: “3 yaşına qədər olan uşaqlara uşaqpulu verilə bilər”

12-02-2021, 12:07 154 dəfə baxılıb

Elman Nəsirov: “3 yaşına qədər olan uşaqlara uşaqpulu verilə bilər”


Uşaq pulu məsələsi hökumətdə və parlamentdə müzakirə edilsə də, yekun qərara gəlinmədi. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif adlar altında müavinət verilir. Amma 2000-ci ilə qədər uşaq pulu adı altında 2 manat ödənilirdi, indisə 14 növ adından müavinət ödənilir. Ancaq uşaqpulu mövzusu yenə də gündəmdədir, bəzən radikal qruplar bundan istifadə edirlər.
Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.

Millət vəkili təklif edib ki, parlamentdə profil komitələri işçi qrupu yaradaraq uşaqpulu məsələsini araşdırıb bu sahədə hansı addımların atılmasının mümkünlüyü haqqında düşünsün: “İnanın ki, bundan sonra 20 cür müavinət verilsə də, yenə deyəcəklər ki, uşaqpulu verilmir. Bəzən qeyd olunur ki, 18 yaşına qədər uşaqlara pul ödənilməsi çətindir, çünki onların sayı 2 milyon 700 mindən çoxdur. Bəlkə 0-3 yaş arasında olan uşaqlara uşaqpulunun ödənilməsi məsələsinə baxıla bilər. Cəmiyyət, insanlarımız görsün ki, uşaqpulu verilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi