xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 

Sərt karantin dövründə alınan icazələrlə bağlı AÇIQLAMA

11-02-2021, 13:45 50 dəfə baxılıb

Sərt karantin dövründə alınan icazələrlə bağlı AÇIQLAMA


Əhalinin həyatının və sağlamlığının qorunması, dövlət strukturlarının və mühüm obyektlərin fasiləsiz işləməsi, habelə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi üçün “Elektron Hökumətin İnkişaf Mərkəzi” publik hüquqi şəxs Daxili İşlər Nazirliyi ilə birlikdə sistemin tətbiqinə başlayıb.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında qeyd edilib.

Sistem sərt karantin rejiminin tətbiq edildiyi dövrlərdə fəaliyyət göstərib. 2020-ci il 5 aprel-18 may tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 72 mindən çox qurum 924 min əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 29 milyondan çox icazə alınıb.

2020-ci il 21 iyun-5 avqust tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 89 mindən çox qurum 919 mindən çox əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 31 milyondan çox icazə alınıb.

2020-ci il 14 dekabr-2021-ci il 18 yanvar tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən dekabr ayı ərzində 104 mindən çox qurum 948 mindən çox əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 16,6 milyondan çox icazə alınıb.

Bununla yanaşı, şəxslərin sistemdən istifadə qaydaları və 8103 nömrəsinə SMS göndərilməsi ilə bağlı yaranan sualları ilə əlaqədar Dövlət Agentliyinin 9108 Çağrı Mərkəzinə müraciət etmək imkanı yaradılıb.

Sərt karantin rejiminin tətbiqi zamanı ölkə üzrə 950-dən çox əlilliyi olan şəxsin, o cümlədən dializ xəstələrinin olduqları ərazi üzrə tibb müəssisələrinə rahat müraciət etməsi üçün müvafiq icazələrin alınması 9108 Çağrı Mərkəzi vasitəsilə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi