xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Baş həkimin həbsindən sonra xəstəxana bağlanıb, əlillər müayinədən keçə bilmir

11-02-2021, 11:27 64 dəfə baxılıb

Baş həkimin həbsindən sonra xəstəxana bağlanıb, əlillər müayinədən keçə bilmir


Məlum olduğu kimi, ötən ay Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda xəstəxanada korrupsiya faktları ilə bağlı araşdırma gedir. Bu səbəbdən də xəstələrin müayinəsi məhdudlaşdırılıb. Nəticədə, rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlər yaranıb.

Bu şikayətlə “Qafqazinfo”ya Masallı rayon sakinləri tərəfindən bir neçə müraciət daxil olub. Onlar bildirirlər ki, əlilliyə görə pensiya və sosial müavinət alan şəxslər təkrar müayinədən keçmək üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət etsələr də, onlara hazırda araşdırma aparıldığını və xəstəxanada əlilliklə bağlı müayinələrin dayandırıldığını deyiblər.

Bəs müayinə vaxtı çatan şəxslər hara müraciət etməlidirlər? Müayinələr hansı müddətdən sonra bərpa olunacaq? Vaxtında müraciət etmədiyinə görə vətəndaşlarla bağlı hər hansı cərimə nəzərdə tutulurmu?

Bu barədə məlumat almaq üçün Masallı rayon Mərkəzi Xəstəxanasında baş həkimin səlahiyyətləri həvalə olunan Rasim Əzizovla əlaqə saxladıq. O bildirdi ki, korrupsiya faktları ilə bağlı araşdırma aparıldığından xəstəxana müvəqqəti bağlanıb. Təxminən 10 günə xəstəxana açılacaq və əlilliyə görə müayinə olunmaq istəyən şəxslər də həmin vaxt müraciət edə bilərlər:

“5-10 gün sonra bütün sənədlər aidiyyatı üzrə ötürüləcək. Əlillik meyarlarına uyğun olanlar pensiya ala biləcəklər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, vətəndaş müəyyən müddət itirəcək və həmin müddət ərzində pensiya və ya sosial müavinət almayacaq.

“Vaxtında səhiyyə müəssisəsinə müraciət edib, həkim komissiyasından keçərək Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil edilməlidir. Təyinat vaxtında aparılsa, vətəndaş vaxtında sosial müavinət və ya əmək pensiyası ilə təmin olunar. Lakin bu halda müəyyən müddət itəcək və vətəndaşın vaxtında arasıkəsilmədən sosial müavinət almaq şansı azalacaq”.

Agentlikdən həmçinin bildirilib ki, qanunvericiliyə əsasən, “forma 88” Alt Sistemə daxil edildikdən sonra əlillik 10-15 iş günü ərzində qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi