Elxan Hüseynov: Yaşasın bizə fəxarət yaşadan fəxrimiz Ali Baş Komandan!
15-12-2020, 13:12
146 dəfə baxılıb
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov - Möhtərəm cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və qətiyyətli siyasəti, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində, nəhayət ki, 30 illik Qarabağ həsrətinə son qoyuldu, əzəli torpaqlarımız düşmən işğalından azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Çox sevinirik və böyük qürur hissi keçiririk ki, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq bu əlamətdar hadisənin canlı şahidləri olmaq bizə qismət oldu.
Azərbaycan müstəqil ölkədir və onun müstəqil siyasi xətti mövcuddur. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Vətən müharibəsi bizim azadlıq müharibəmizdir, işğalçı Ermənistan isə yeni ərazilər əldə etməyə çalışır.
Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini təxribat törətməsilə bütün cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatlar başladı, mülki şəxslər həlak olublar, mülki infrastruktur obyektlərinə, təsərüffat sahələrinə ciddi ziyan dəyib. Ermənilər bənzəri olmayan vandalizim nümayiş etdirməklə xüsusiyyətlərini sübüt edirlər. Gecə vaxtı əhalisi yuxuda olan şəhər və kəndləri, hətta qəbirləri gülləbəran edirlər. Gəncə və Tərtərdə törədilən terror aktları isə Xocalı qətliyamı ilə birlikdə hərbi cinayətlər kimi şübhəsiz beynəlxalq məhkəməyə çıxarılacaq. Müzəffər Azərbaycan Ordusu uğurlu əks hücum, sülhə məcbur etmə əməliyyatı keçirməklə cavab tədbirləri görür.
Ali Baş Komandan dəfələrlə bəyan edib ki, biz mülki əhalini hədəf seçmirik, bizim amansız qisasımız döyüş meydanıdır. O, dönə-dönə erməni analarına müraciət edib ki, övladlarınızı başqasının torpaqlarında ölümə göndərməyin. Erməni ordusu haqqında uydurma mifi Azərbaycanın qəhrəman oğulları darmadağın etdi. Ağır itkilər verən düşmən iflic vəziyyətdədir, işğalçı tərəf bütün cəbhə boyu təslim olmaq üzrədir. Ruh düşkünlüyü, fərarilik halları baş alıb gedir. Bizdə isə haqlı mübarizəmizdə hər gün qazanılan qələbələr, işğaldan azad olunan yaşayış məntəqələri, strateji yüksəkliklər bütün bunlar hamıya ruh yüksəkliyi, qürur verir, tam qələbə əzmini daha da artırır. Balalarımız maşallah necədə böyüdürlər, əsl düşmən çəpərinə çevrildilər. Onlar necədə qətiyyətlə ön cəbhəyə can atırlar! Allah qorusun! Azərbaycan vətəndaşları böyük həmrəyliklə Ali Baş Komandan - Cənab Prezidentin ətrafında sıx birləşib onun bütün qərarlarını anlayışla qarşılayır, böyük inamla ona güvənirlər. Müxtəlif ölkələrin telekanallarına, bəzi kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində dövlət başçımız qısa vaxt ərzində yığcam, lakin tam aydın şəkildə Qarabağın tarixini, münaqişənin yaranmasının izahını verir. Hər ölkə üçün verilən müsahibədə məhz həmin ölkəyə bəzi mesajlar ünvanlanır. Xalqa müraciətlərdə isə qarşısında sözünü üstündə durması, qətiyyəti, əzmi ilə əsl dövlət başçısının dolğun obrazını görürük. Xalqımız fəxr edir öz xilaskarı ilə. Onun iradəsini heç bir qüvvə, heç bir təzyiq qıra bilmədi. O, bizə qətiyyətli, iradəli, qürurlu olmağın gözəl nümunəsidir.
Budur əsl Liderlik. Müxtəlif düşüncələri, fərqli baxışları olan bütün vətəndaşları birləşdirib vahid qüvvəyə çevirə bilmək bacarığı. Ruhdan düşmək üzrə olan azərbaycanlılara yeni ruh verdiniz, özgüvənimizi qaytardınız, necə vətənpərvər, necə qeyrətli, hünərli xalq olduğumuzu önə çəkdiniz, cənab Prezident. 30 ilə yaxın müxtəlif beynəlxalq qrupların, qrumların etməli olub etmədyini siz öz əzminizlə həll etdiniz.
Dahilərin dahisi, mərdlərin mərdi, müdriklərin müdriki olan Rəhbərimiz, bizə başa saldınız ki, əslində biz çox xoşbəxt xalqıq, çünki taleyimiz dərin, düşüncəli, iti, məntiqli, uzaqgörən, təmkinli, tədbirli, güclü siyasi və taktiki bacarığı olan Sərkərdənin əlindədir. Çox sağ olun, minnətdarıq. Cənab Prezident, qürurlu günlərimizə, sevinc göz yaşlarımıza, sabaha olan böyük inamımıza görə!
Hər günümüz yeni səlnamə olmaqla ölkənin yeni şanlı tarixi yazılır. Var olsun odlar yurdu günəşli Azərbaycan!
Yaşasın bizə fəxarət yaşadan fəxrimiz Ali Baş Komandan!
Yaşasın qəhrəman Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır!
SDU nümayəndələri Təhsil Nazirliyinin təşkil etdiyi Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərin onlayn görüşündə iştirak etdi
Dekabrın 11-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan ali təhsil müəssisələrində beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərlə onlayn görüşü keçirildi. Onlayn keçirilən görüşdə Təhsil Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini icra edən Tural Əhmədov, müdir müavini İlqar Dadaşov, əcnəbi tələblərlə iş sektorunun müdiri Mujdat Həsənov, mütəxəssislər Günay Cəfərova, Həcər Kəlbiyeva, Elnarə Nəsirova, Keyfiyyət Təminatı Agentliyi, Elm və təhsil şöbəsinin əməkdaşları iştirak etdi.
Onlayn görüşün mövzusu “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsili” idi.
Görüşdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsili, əcnəbilərin təhsilinə diqqətin artırılması, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın icrasından irəli gələn məsələlər və ali təhsil müəssələrinin beynəlxalq əməkdaşlığı, akkreditasiya və nostrifikasiya ilə bağlı zəruri məsələlər müzakirə edildi.
Qeyd olundu ki,ötən tədris ili ilə müqayisədə Azərbaycanda 2020/2021-ci tədris ilində Yaponiya, Svazilend, Mavritaniya, Lesoto, Malaziya, Avstriya, Küveyt, İtaliya, Braziliya, Əlcəzair ölkələrindən tələbə təhsil almasa da, yeni tələbə qəbulu aparılmış ölkələr (Macarıstan, Malavi, Mərkəzi Afrika Respublikası, Ruanda, Venesuela) olmuşdur. Görüşdə bir sıra mühüm tədbirlər Təhsil TV-nin dəstəyi ilə Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələrin iştirakında “Views of foreign students on Armenia-Azerbaijan confilict” “Qarabağ Azərbaycandır!” mövzusu ilə bağlı video reportaj hazırlanıb, sosial şəbəkələrdə paylaşılaraq ictimaiyyətə çatdırılması, Azərbaycan Televiziyasının dəstəyi ilə Vətən müharibəsi qələbəsi ilə bağlı əcnəbi tələbələrin iştirakı ilə video reportaj hazırlanıb, TV və sosial şəbəkələrdə paylaşılaraq ictimaiyyətə çatdırılması, yerli təhsil müəssələrində təhsil alan əcnəbi tələbələrin könüllülük prinsipi əsasında #KarabakhisAzerbaijan mövzusu ilə bağlı təbliğat işləri aparılması və nəzərdə tutulan digər tədbirlərin əksəriyyəti pandemiya şəraiti ilə əlaqədar reallaşdırıla bilməməsi diqqətə çatdırıldı.Son 3 ildə Azərbaycan ali təhsil müəssisələrinə qəbul olan əcnəbi vətəndaşların say dinamikası təqdimatı iştirakçılara çatdırıldı.
Onlayn görüşdə 64-dən çox nümayəndə heyəti iştirak edirdi. Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələblər şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etdi.
Görüşün sonunda iştirakçıların sualları Təhsil Nazirliyinin nümayəndələri tərəfindən cavablandırıldı.
SDU-nun TGT-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü onlayn formatda bütün fakültələrdə qeyd edildi
Müasir, müstəqil Azərbaycanın banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin gördüyü mütərəqqi işlər və Vətənimiz qarşısındakı misilsiz xidmətləri onu xalqımızın Ümummilli Liderinə çevirmişdir. Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xalqının görkəmli oğlu, ulu öndər Heydər Əliyevin anım günü böyük ehtiramla qeyd edilir. Bu münasibətlə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bütün fakültələrdə onlayn formatda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününün 17-ci ildönümü qeyd edildi.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
TGT-nin sədri Tayfun Hacılı böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən, sovet Azərbaycanına rəhbərliyi zamanı respublikamızın hərtərəfli tərəqqisi və nüfuzunun qaldırılmasında gördüyü işlərdən, ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın bərqərar olmasında xidmətlərindən danışdı. Dahi rəhbərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlər, düşmən üzərində tarixi zəfər qazanılaraq işğal altında olan torpaqlarımızın azad edilməsinə gətirib çıxaran dövlətçilik fəaliyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, ölkəmizdə milli özünüdərk prosesinin baş tutması, Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi və milli həmrəyliyin güclənməsi Heydər Əliyevin adı ilə bağlıdır. Milli neft strategiyasının işlənib hazırlanması və uğurla reallaşdırılması, tarixi İpək Yolunun bərpası təşəbbüsünün irəli sürülməsi, Azərbaycanın dünya birliyinin bərabərhüquqlu subyektinə çevrilməsi, ölkəmizin uzunmüddətli və davamlı inkişaf yoluna qədəm qoyması Ulu Öndərin mühüm xidmətləri sırasındadır.
Sonra digər məruzəçilər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyətindən, onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və siyasi kursunun həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən, Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbədən ətraflı bəhs etdilər.Vurğuladılar ki, məhz Heydər Əliyev ideyalarına söykənən Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri tarixi zəfərə imza atdı. Azərbaycan xalqının ümummilli lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 17 il keçsə də, onun ideyaları və əməlləri daim yaşayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR