xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Səfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evlərinə qayıdacaq? - AÇIQLAMA

27-11-2020, 14:02 60 dəfə baxılıb

Səfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evlərinə qayıdacaq? - AÇIQLAMA


"Hərbi vəziyyət elan edildikdən sonra ya tam, ya da qismən səfərbərlik olur. Hərbi vəziyyət qüvvədə qalır. Çox güman ki, dekabrın 1-dən - bütün ərazilər azad edildikdən sonra məsələyə baxıla bilər".
Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, hərbi vəziyyətə Milli Məclis baxmalıdır və bundan sonra hərbi vəziyyət qüvvədən düşməlidir:

"Hələ ki, hərbi vəziyyət qalırsa, səfərbərlik də, kommendant saatı da qüvvədə qalır. Buna görə, gözləmək lazımdır ki, hərbi vəziyyət ərazilərdə normal rejimlə əvəz edilsin. Ola bilər ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi olsun. Ya da hərbi vəziyyət rejimi işğaldan azad edilən ərazilərdə ola bilər.

Misal üçün Bakıda hərbi vəziyyətə ehtiyac qalmaz. Hərbi vəziyyətlə bağlı konkret şəhərlər göstərilib. Bu şəhərlərin bir qismi saxlana bilər, digər qismindən isə hərbi vəziyyət götürülə bilər.

Dekabrın 1-nə, ərazilər boşalana qədər hansısa bir şəkildə hərbidən tərxis olunma nəzərdə tutulmayıb. Elə şəxslər var ki, hərbi xidmət müddəti başa çatıb, amma tərxis olunmayıblar. Müharibə və hərbi vəziyyət zamanı artıq xidmət etmək nəzərdə tutulur. Faktiki olaraq bu ortadan qaldırıldıqdan sonra tərxis olunmalar başlayacaq.

İndidən konkret hərbçilərin evlərinə buraxılacaq tarixi dəqiq demək mümkün deyil. Hər an insidentlər çıxa bilər".

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi