xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Düşmən hücumundan əziyyət çəkənlərə yardım kampaniyasına başlandı

21-10-2020, 15:09 88 dəfə baxılıb

Düşmən hücumundan əziyyət çəkənlərə yardım kampaniyasına başlandı


Döyüş meydanındakı məğlubiyyəti ilə barışa bilməyən, münaqişənin coğrafiyasını genişləndirməyə çalışan mənfur düşmən ölkəmizin müxtəlif rayonlarında mülki əhalinin sıx yaşadığı əraziləri raket və ağır artilleriyadan atəşə tutaraq, mülki əhaliyə qarşı cinayət törətməkdə davam edir.
Hücumlar nəticəsində vətəndaşlarımızın evlərinə külli miqdarda ziyan dəyir, darmadağın olur.

Hazırda dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması üçün vətəndaşlarımıza diqqət ən yüksək səviyyədədir. Bu günlərdə möhkəm birlik nümayiş etdirən xalqımız hücumlardan zərər çəkmiş vətəndaşlarımıza öz dəstəyini göstərmək üçün səylərini davam etdirir.


Bu məqsədlə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə “#Birlikdəstək” (Birlikdə Dəstək) adlı aksiyaya start verilib. Aksiya çərçivəsində hücumlardan zərər çəkən və hazırda sığınacaqlarda yerləşdirilmiş vətəndaşlarımıza yardım göstərilməsi nəzərdə tutulub. Bu məqsədlə, zərər çəkən vətəndaşlarımıza gec xarab olan ərzaq məhsulları, uşaq, qadın və kişilər üçün yararlı geyimlər, müxtəlif növ ev əşyaları, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və s. çatdırılması planlaşdırılır. İanə edilən məhsullar könüllülər tərəfindən ünvanlara çatdırılacaq.

Dəstək olmaq istəyən vətəndaşlar, ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilərlər.

Link: //cutt.ly/5glmpop

Qaynar xətt: (070) 2668090






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi