xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Həmsədrlərdən Dağlıq Qarabağda vəziyyətlə bağlı BƏYANAT

1-10-2020, 16:30 62 dəfə baxılıb

Həmsədrlərdən Dağlıq Qarabağda vəziyyətlə bağlı BƏYANAT


ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıblar.
Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron tərəfindən imzalanan bəyanatda deyilir: "Minsk Qrupunu təmsil edən ölkələr Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gücün eskalasiyasını ən qəti şəkildə qınayır. Ölənlərin və yaralıların ailələrinə başsağlığı veririk. İştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”.

Həmsədr ölkə liderləri, həmçinin, Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları vicdanla və heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etməyə dair üzərlərinə öhdəlik götürməyə çağırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi