xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Vilayət Eyvazov birinci yerə çıxdı – Rəsmi siyahı

19-02-2020, 11:48 33 dəfə baxılıb

Vilayət Eyvazov birinci yerə çıxdı – Rəsmi siyahı


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq bölgələrdə mütəmadi qəbullar keçirən mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların sayı ötən il bir qədər də artırılaraq 28-ə çatdırılıb.

Bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

O, bildirib ki, bundan əlavə, 2019-cu ildən etibarən həmin təşkilatların rəhbərləri ilə yanaşı, onların müavinləri də qəbullar keçirməyə başlayıblar. Qeyd edilən vəzifəli şəxslər tərəfindən ötən il 59 şəhər və rayonda vətəndaş qəbulları keçirilib.

2019-cu ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda Daxili İşlər Nazirliyi – 965, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 871, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 782, “Azərsu” ASC – 711, Kənd Təsərrüfatı Nazirliyi – 697, Ədliyyə Nazirliyi – 604, Ali Məhkəmə – 531, Təhsil Nazirliyi – 506, “Azərişıq” ASC – 490, Mədəniyyət Nazirliyi – 485, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC – 475, “Azəriqaz” İB – 473, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi – 468, Baş Prokurorluq – 443, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 415, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 353, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 330, Fövqəladə Hallar Nazirliyi – 324, Dövlət Gömrük Komitəsi – 321, Gənclər və İdman Nazirliyi – 310, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – 308, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 307, İqtisadiyyat Nazirliyi – 292, Səhiyyə Nazirliyi – 279, Energetika Nazirliyi – 271, keçmiş Vergilər Nazirliyi– 249, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 239, Dövlət İmtahan Mərkəzi – 184 vətəndaşı qəbul edib.    /Yeni Sabah/

Vilayət Eyvazov birinci yerə çıxdı – Rəsmi siyahı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi