xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 
  • 14:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 
  • 12:06 – İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi 
  • 11:29 – İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib 

Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar

Bugün, 11:43 1 dəfə baxılıb

Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar


8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib.

Əvvəlcə Fəxri xiyabanı ziyarət edən Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, memorial abidənin önünə əklil qoyularaq onların xatirəsinə ehtiram nümayiş etdirilib.

Ziyarət proqramı Zəfər parkında davam etdirilib. Burada abidənin önünə əklil və gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Ziyarət zamanı general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb.















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi