xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İrəvanda gərgin anlar: “Ötən il bu rayonlar qaytarılmalı idi” – Paşinyandan şok

27-01-2020, 16:15 66 dəfə baxılıb

İrəvanda gərgin anlar: “Ötən il bu rayonlar qaytarılmalı idi” – Paşinyandan şok


“Bir gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransı keçirildi. Paşinyan ötən dəfə olduğu kimi çıxışına “Yeni Ermənistanla bağlı 100 fakt” başlığında uzun bir siyahı ilə başladı. İddiaların əksəriyyəti respublikanın əsas şəxsiyyətinin (Paşinyanın) simasına o qədər zidd idi ki, sovet şairi Yuri Vlodovun SSRİ-nin qazandığı nailiyyətlər barədə misralarını yada saldı: “Qış keçdi, yay gəldi, partiyanın sayəsində…”

Bu barədə Ermənistanın “Verelq” nəşrində dərc olunan bir məqalədə bildirilib.

Məqalə müəllifi Ayk Xalatyan baş nazirin ötən il ermənilərə verdiyi “dünyanın ən güclü 10 ölkəsindən biri Ermənistan” vədini yerinə yetirmədiyini xatırladır:

“Mətbuat konfransı zamanı Paşinyana bəzi jurnalistlər kömək etdi, əvvəlcədən hazırlanmış suallar vardı, amma peşəkarlıqla qurulmamış suallar ona çətin vəziyyətdən çıxmağa imkan verdi.

Məsələn, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar masasında olan sənədlə bağlı… Paşinyan yenə sələflərini sərt tənqid etdikdən sonra onların “azad edilmiş torpaqları” (işğal edilmiş Azərbaycan ərazilərini) Azərbaycana təhvil verməyə hazır olmaqda günahlandırdı. İkinci jurnalist də eyni sualı verdi.

Baş nazirdən soruşula bilər ki, “status müqabilində torpaq” düsturunu təmin edən Madrid prinsipləri çərçivəsində danışıqları davam etdirirmi? Yoxsa rəsmi olaraq ATƏT-in Minsk qrupundakı vasitəçilərə və İlham Əliyevə Madrid prinsiplərindən imtina etməsi barədə xəbərdarlıq edib?”

Ayk Xalatyan Qarabağla bağlı Ermənistana xəyanətdə ittiham etdiyi şəxsləri hələ də cəzalandırmadığını bildirir, bu məsələnin üzərindən sükutla keçdiyini yazır:

“Paşinyana bu açıqlamalarından sonra sual verilə bilərdi: Qarabağda xəyanət planlaşdıran və keçən ilin mayında bir neçə rayonu Azərbaycana təslim etməyə hazırlaşan həmin “sui-qəsdçilər” nə oldu? Həmin “sui-qəsdçilər” ki, ötən il baş nazirin özü bu haqda danışmışdı. Adətən normal ölkələrdə belə xəyanətkarlar varsa, dərhal həbs edilirlər.

Tezliklə baş nazirin bu rezonans doğurmuş çıxışındən bir il ötəcək, hətta həmin sui-qəsdçilərin adlarının da məlum olduğu deyilir, amma həbs yoxdur, əgər onlar ölkəni tərk etməyiblərsə… Başqa sözlə, gah nala, gah mıxa vuran Paşinyanın çıxışları və fikirləri olduqca ziddiyyətlidir. Bu, təkcə Qarabağı yox, Ermənistanı maraqlandıran digər məsələləri də əhatə edir”. (teleqraf.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi