xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Tramp: "Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq" - FOTO

8-08-2025, 09:09 3 dəfə baxılıb

Tramp: "Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq" - FOTO


ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində Azərbaycanın və Ermənistanın liderləri ilə Ağ Evdə keçiriləcək görüşə həsr olunmuş paylaşım edib.

Paylaşımda deyilir:

“Sabah Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Tarixi Sülh Sammitində qəbul etməyi səbirsizliklə gözləyirəm.

Bu iki ölkə uzun illər müharibə aparıblar və nəticədə minlərlə insan həyatını itirib. Bir çox liderlər bu müharibəyə son qoymağa çalışıblar, lakin uğursuz olublar — indiki ana qədər. Bu, “TRAMP” sayəsində dəyişdi. Mənim administrasiyam uzun müddət ərzində hər iki tərəflə qarşılıqlı fəaliyyət göstərib.

Sabah Prezident Əliyev və Baş nazir Paşinyan mənə Ağ Evdə Sülh Sazişinin İmzalanması üzrə rəsmi Mərasimdə qoşulacaqlar. Birləşmiş Ştatlar, həmçinin, regionun tam potensialını açmaq üçün Cənubi Qafqazda iqtisadi imkanların birgə inkişafı məqsədilə hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.

Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün qərar verdiklərinə görə bu cəsur liderlərlə fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, Birləşmiş Ştatlar və SÜLH üçün Tarixi Bir Gün olacaq. Görüşənədək!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi