“Bizim qardaşlığımız və əməkdaşlığımız müstəsna xarakter daşıyır. Biz Qarabağ müharibəsi zamanı azərbaycanlı qardaşlarımıza mənəvi dəstək olduq. 6 fevral zəlzələsində də Azərbaycan bizə dəstək əlini uzatdı. Hazırda Kahramanmaraşda inşa edilən “Azərbaycan məhəlləsi” Türkiyə-Azərbaycan qardaşlığının simvoludur. Biz hər anda Azərbaycanın yanında olacağıq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək”.
bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun 5 ili: birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən bir sıra şirkətlər bu gün Qarabağın inşasında həvəslə iştirak edir və oradakı layihələrə böyük sərmayələr yatırırlar.
“Ölkələrimiz arasında belə bir media platformasının yaradılmasına göstərilən dəstəyə görə təşəkkür edirik. Biz 44 günlük Vətən müharibəsi zamanı kəndlərin, qəsəbələri və şəhərlərin azad edilməsi xəbərlərini eynilə Azərbaycandakı kimi həyəcanla izləmişdik. Hesab edirəm ki, biz Qarabağ müharibəsi zamanı beynəlxalq aləmdə informasiya müharibəsinin nə qədər böyük önəm daşıdığının şahidi olduq. Bizim hər birimiz qarşılıqlı əlaqələrin inkişafı üçün çalışırıq. Bu yolda mətbuatdan gözlədiyimiz hər iki ölkə barədə xəbərlərin yayılması zamanı son dərəcə diqqətli olmaqdır”, - Birol Akgün əlavə edib.
Səfir əlavə edib ki, Türkiyə-Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda son dərəcə vacibdir.
"Bizim hər birimiz qarşılıqlı əlaqələrin inkişafı üçün çalışırıq. Bu yolda mətbuatdan gözlədiyimiz hər iki ölkə barədə xəbərlərin yayılması zamanı son dərəcə diqqətli olmaqdır", - o qeyd edib.
Səfir əlavə edib ki, qlobal səviyyədə münasibətlərə örnək olan Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da inkişaf edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək”.
Diplomat qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda son dərəcə vacibdir: “Bu gün demək olar heç kim heç kimə güvənmir. Belə bir kontekstdə Türkiyə-Azərbaycan birliyinin çox böyük önəmi var. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Türk dünyası bizim böyük ailəmizdir. Bizim ən böyük siyasi qazancımız ölkələrimiz arasındakı birlik və həmrəyliyin daha da genişləndirilməsidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.