xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Prezident ARDNF-nin 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqlədi

8-07-2024, 12:34 7 dəfə baxılıb

Prezident ARDNF-nin 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqlədi


Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsi haqqında 27 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fondun büdcə gəlirləri üzrə proqnoz 2 milyard 36 milyon manat və yaxud 16,9 % artırılaraq 14 milyard 109,2 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 4,7 milyon manat və yaxud cüzi artırılaraq 12 milyard 904,9 milyon manata çatdırılıb.

Gəlirlərdəki artımı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir üzrə proqnozun 2 milyard 51,4 milyon manat və yaxud 25,2 % artırılaraq 8 milyard 146,2 milyon manatdan 10 milyard 197,6 milyon manata, neft-qaz sazişlərinin imzalanması və yaxud icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnozun 8,6 milyon manat və yaxud 1,1 % artırılaraq 767,3 milyon manatdan 775,9 milyon manata çatdırılması, eləcə də neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə proqnozun 24 milyon manat və yaxud 142 dəfə azaldılaraq 24,2 milyon manatdan 0,2 milyon manata endirilməsi təmin edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi