xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Paşinyanın yerinə 3 ölkə qərar verəcək - FAKT BUDUR!

14-07-2023, 14:22 19 dəfə baxılıb

Paşinyanın yerinə 3 ölkə qərar verəcək - FAKT BUDUR!


Üç gün sonra, iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanən Baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti üçtərəfli görüş baş tutacaq.

Cebhe.info “Sputnik Armenia” -ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Üçtərəfli görüşdə iştirakını edəcəyini təsdiq edən Paşinyan üçtərəfli görüşdə irəliləyişlərin əldə olunacağını ümid edib.

Görəsən, Brüsseldə keçiriləcək növbəti görüşdə sülh müqaviləsi ilə bağlı hansı məsələlər müzakirə olunacaq? Bu görüşdə müsbət nəticələrin əldə olunacağı gözlənilir?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-a açıqlamasında qeyd edib ki, Ermənistan sülh müqaviləsinə imza atmağa hazır olduğunu konkret şəkildə bəyan etməlidir:

“Sülh danışıqlarında Azərbaycan artıq öz mövqeyini ortaya qoyub. Azərbaycan beş baza prinsipi əsasında, qarşılıqlı maraqlar çərçivəsində sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Bu baza prinsiplərindən biri hər iki tərəfin qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan son bəyanatlarında Azərbaycanın 86.600 km² çərçivəsində ərazi bütövlüyünü tanıdığını bildirib. Paşinyanın bu bəyanatı onu göstərir ki, Ermənistan Qarabağı, o cümlədən hazırda Ermənistanın işğalı altında olan anklavları Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanıyır.

Lakin buna baxmayaraq, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqda da davam edir. İstər ABŞ, istərsə də Avropa İttifaqının vasitəşiliyi ilə bir çox görüşlərdə Paşinyan hakimiyyəti Qarabağda məskunlaşan ermənilərin hüquqları və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq mexanizmin yaradılmasını təklif edib. Bu, onu sübut edir ki, Ermənistan müxtəlif bəhanələrlə sülh prosesindən yayınmağa çalışır”.

Ekspertin fikrincə, iyulun 15-də Brüsseldə baş tutacaq üçtərəfli görüşdə Paşinyan beynəlxalq mexanizm məsələsini yenidən gündəmə gətirə bilər:

“Bu isə Azərbaycan tərəfindən qəbuledilməzdir. Çünki Qarabağda məskunlaşan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqları və təhlükəsizliyi yalnız Azərbaycan konstitusiyasına və qanunlarına uyğun təmin edilməlidir”.

Politoloqun sözlərinə görə, Ermənistan sülhə hazır olduğunu bəyanatla yox, konkret addımlar atmaqla sübut etməlidir:

“Çox təəssüf ki, sülhə doğru addımlar atmaq Ermənistanın imkanları xaricindədir. Çox yaxşı bilirik ki, Ermənistan tam müstəqil dövlət deyil. Məhz buna görə Paşinyan sərbəst və azad şəkildə qərarlar qəbul edə bilmir. Başqa sözlə desək, Ermənistanın sülh müqaviləsinə imza atması Rusiya, İran və Fransanın razılığından keçir. Bu baxımdan həmin siyasi qüvvələrin Ermənistan üzərində təziqləri çoxdur”.

Sonda Rəşad Bayramov vurğulayıb ki, Brüsseldə keçiriləcək növbəti görüşdə konkret irəliləyişlər gözlənilmir. “Hesab edirəm ki, bu görüşdə daha çox kommunikasiyaların açılması, nəqliyyat yollarının bərpası ilə bağlı məsələlər müzakirə olunacaq. Ancaq ciddi və mühüm nəticələrin əldə olunacağını düşünmürəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi