xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Sülh sazişi harda imzalanacaq? - AKTUAL

8-06-2023, 16:00 16 dəfə baxılıb

Sülh sazişi harda imzalanacaq? - AKTUAL


Mayın 14-də Avropa İttifaqının rəhbərlik etdiyi sülh danışıqlarına Azərbaycan və Ermənistanın yenidən cəlb olunmasını səmimiyyətlə alqışlayırıq. Bu barədə Aİ-nin ATƏT-dəki Nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ötən gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına dair bəyanatında bildirilib. Qeyd olunub ki, iyunun 1-də Kişineuda Fransa və Almaniya liderlərinin də iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi:

"Biz danışıqların Azərbaycanla Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmaq üçün yeganə yol olduğunu bir daha vurğulayırıq. Nəticə etibarı ilə, dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir. Biz Bakının 21 iyulda Aİ-nin vasitəçiliyi ilə keçiriləcək növbəti iclasında iştirakını təqdir edirik. Burada daha da irəliləyiş əldə olunmalıdır”. Bəyanatda, Azərbaycana Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamaq istiqamətində çağırış edilib: “Eyni zamanda biz bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir”. O da vurğulanıb ki, Aİ minatəmizləmə fəaliyyətlərinə dəstək təklif etməyə davam edəcək: “Biz minalanmış ərazilərin müəyyən edilməsi üçün tərəflər arasında əməkdaşlığın vacibliyini vurğulayırıq”.

Bəyanatı "Sherg.az"a dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Cənubi Qafqazda bir çox ölkələrin maraqları və strateji hədəfləri kəskin şəkildə toqquşur. Analitikin sözlərinə görə, rəsmi Bakının əsas hədəfi yekun sülh sazişini məhz Azərbaycanın milli maraqlarına uyğun şərtlər altında imzalamaqdan ibarətdir: "Azərbaycan artıq bu istiqamətdə müəyyən nəticələr qazanmağa nail olub. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Bu, o deməkdir ki, yekun sülh sazişinin imzalanması qarşısında olan ən önəmli problem artıq razılaşdırılıb. Ancaq bu, yetərli deyil. Rəsmi İrəvanın Azərbaycanın Xankəndi və ətraf bölgəsindən Ermənistan ordusunun tör-töküntülərini də dərhal çıxartmalıdır.

Əks halda, sülh sazişinin imzalanması üçün vacib olan digər önəmli məqamların müzakirəsinə ehtiyac qalmır. Hazırda bütün hərbi və siyasi-diplomatik üstünlüklər məhz Azərbaycanın əlində cəmləşib. Üstəlik, rəsmi Bakı Ermənistanın beynəlxalq himayədarlarının təzyiq kampaniyalarını da dəf etməyə nail olub. Əksinə, indi rəsmi Bakı Ermənistana qarşı beynəlxalq təzyiqlərin əsas stimulverici mərkəzinə çevrilib. Və Azərbaycan indi Ermənistan üçün real hərbi-siyasi iradə mərkəzidir. Məsələ ondadır ki, Ukrayna savaşından sonra Azərbaycan Avropa Birliyi ölkələri üçün əsas enerji qaynağına çevrilib. Hər halda, Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi sistemində Azərbaycan həlledici təsir gücünə malikdir. Rəsmi Bakı bu önəmli faktordan Azərbaycanın geopolitik maraqları çərçivəsində maksimum səviyyədə istifadə etməyə çalışır".

E.Xalidbəyli vurğulayıb ki, vaxtilə erməni yalanlarına istinadən Azərbaycanı ittiham etmək vərdişlərinə malik olan əksər Qərb ölkələri indi rəsmi Bakı ilə münasibətləri korlamaqdan ciddi şəkildə çəkinirlər: "Ümumi vəziyyət ondan ibarətdir ki, hazırda ABŞ və Avropa Birliyi Azərbaycanla ən qısa zamanda yekun sülh sazişini imzalaması üçün Ermənistana qarşı təzyiqləri gücləndirir. Düzdür, Rusiya və Fransa hələ də Ermənistanın yekun sülh sazişindən yayınması üçün Brüssel prosesini israrla pozmağa çalışırlar. Ancaq ABŞ və bəzi Qərb ölkələri regional sülhün və sabitliyin təmin olunması istiqamətində daha qətiyyətli mövqe tuturlar. Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazda sülh prosesinin gələcək inkişaf perspektivləri 21 iyulda keçiriləcək Brüssel görüşündə böyük ölçüdə müəyyən olunacaq.

Böyük ehtimalla bu ilin sonuna doğru 30 illik problem yekun sülh sazişini ilə aradan qaldırıla bilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişini heç bir halda, Rusiya vasitəçiliyi ilə Moskvada imzalanmayacaq. Hazırda sülh prosesini intensivləşdirərək, təşəbbüsü Rusiyanın əlindən almağa nail olmuş ABŞ və Qərb Moskva variantına qətiyyən imkan verməz. Böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekun mətni ABŞ-nin vasitəçiliyi ilə məhz Vaşinqton görüşündə prinsipial olaraq razılaşdırılacaq. Ancaq Azərbaycan və Ermənistan yekun sülh sazişini ABŞ-nin də birbaşa iştirakı ilə məhz Avropa Birliyi ölkələrindən birinin paytaxtında imzalayacaqlar. Bu hadisə yaxın vaxtlarda Brüsseldə də reallaşa bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi