xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir

8-05-2023, 15:30 43 dəfə baxılıb

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir


Qərb Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqlarının bərpası istiqamətində yenidən vasitəçilik missiyasını aktivləşdirməkdədir və bu məqsədlə yaxın günlərdə Ermənistan və Azərbaycan liderləri arasında həftəsonu Brüsseldə növbəti görüş planlaşdırılır.

Bu barədə “Financial Times” qəzeti görüşə hazırlıqla tanış olan üç rəsmiyə istinadən yazıb.

Nəşrin yazdığına görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bazar günü Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu, fevralda Münhendəki danışıqlardan və keçən həftə iki ölkənin xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən geniş müzakirələrdən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.

Üç liderin həmçinin iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron ilə daha bir görüş keçirməsi planlaşdırılır.

Nəşrin məlumatına görə, danışıqlarda yəqin ki, Azərbaycan tərəfindən Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması məsələsi də müzakirə olunacaq, həmçinin sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və digər mövzular müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi