xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycanla bağlı planı ifşa olundu - Türkiyə MİT-indən əməliyyat

5-05-2023, 13:01 29 dəfə baxılıb

Azərbaycanla bağlı planı ifşa olundu - Türkiyə MİT-indən əməliyyat


Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD terror qruplaşmasının Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni strukturunu ifşa edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Diyarbəkir Prokurorluğunun başlatdığı istintaq çərçivəsində Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsi və MİT birgə əməliyyat keçirib.

Aparılan araşdırmalar nəticəsində İŞİD terror qruplaşmasının Türkiyədə “Əhlaq və Sünnət Dərgisi” adı altında yeni bir təşkilat formalaşdırdığı üzə çıxarılıb. Bu təşkilatın Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan, Əlcəzair və Liviyada da fəaliyyət göstərdiyi müəyyənləşib.

Məlumata görə, qruplaşma “Cihad Qrupu” formalaşdırıb, təlimlərini Gürcüstanda keçib. Qeyd olunub ki, onlar hərbi toqquşmalar olan bölgələrə göndərilirlər.

Xatırladaq ki, Türkiyə təhlükəsizlik qüvvələri mayın 5-də Ankara və Diyərbəkir şəhərlərində əməliyyat keçirib. Nəticədə İŞİD terror qruplaşmasının ümumilikdə 96 üzvü saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi