xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Şamxani-Qriqoryan görüşü: İran inadından əl çəkmir

11-04-2023, 10:50 28 dəfə baxılıb

Şamxani-Qriqoryan görüşü: İran inadından əl çəkmir


İranın əsas hədəfi Ermənistanı Azərbaycanla nəzərdə tutulan sülh danışıqlarından yayındırmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin Ermənistan və İran Təhlükəsizlik şuraları katiblərinin Tehranda görüşü haqda qeyd edib.

O, Şamxaninin İran hökumətindəki statusundan danışıb:

“Əli Şamxani Təhlükəsizlik Şurasının rəhbəri olmaqla yanaşı, Xameninin xarici siyasət üzrə nümayəndəsi sayılır. Onun adından istədiyi müzakirələri apara bilir. Böyük ehtimalla hərbi sahədə əməkdaşlığa dair söhbətlər aparılıb. Onların keçən dəfəki görüşlərindən sonra Qafanda İranın konsulluğu açıldı. Yenə də Azərbaycanla bağlı hansısa məqsədlərinin olduğu şübhəsizdir”.

Bilginin fikrincə, Tehranın əsas məqsədlərindən biri də Zəngəzur dəhlizinə imkan verməməkdir:

“Şamxani yenidən “ərazi bütövlüyü” məsələsini hallandıraraq, bir daha İranın mövqeyindın dönmədiyini nümayiş etdirdi. Bu isə o deməkdir ki, İran Zəngəzur dəhlizinin açılmasına əsas maneə olaraq qalır.

Digər tərəfdən, İran Ermənistan və Azərbaycan arasında gərginlik yaratmağa çalışır. Çünki münaqişə olmasa, İran Qafqazdan tamamilə çəkilmək məcburiyyətində qalar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi