xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Paşinyan hərbi çevriliş planından xəbər tutub: İrəvan Qərbdən uzaqlaşıb, yenidən Rusiyaya yaxınlaşır

10-04-2023, 10:00 18 dəfə baxılıb

Paşinyan hərbi çevriliş planından xəbər tutub: İrəvan Qərbdən uzaqlaşıb, yenidən Rusiyaya yaxınlaşır


Azərbaycan ordusunun son hərbi uğurları Ermənistan generalitetində etirazları birbaşa Paşinyan hakimiyyətinə qarşı yönəldib, rəsmi İrəvan Rusiyaya bağlı hərbi dairələrin ölkədə yeni inqilab dalğasının stimullaşdırılmasında birbaşa iştirak edə biləcəyindən ehtiyatlanır... Hətta son vaxtlar öz yaxın ətrafına belə, güvənməyən baş nazir Nikol Paşinyanın bu real təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışdığı və hərbi qiyamdan yayınmaq ümidilə Kremlə minnətçi düşərək, anlaşmağa can atdığı bildirilir...

Cənubi Qafqaz "nifaq alması"na çevrilib. Bu regionda maraqları olan nəhəng dövlətlər arasında geopolitik mübarizə artıq güzəştsiz və amansız xarakter alıb. ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırılıb, çıxarılması prosesini intensivləşdirib. Və Kreml son vaxtlar Qərbə müqavimət göstərməkdə açıq-aşkar çətinlik çəkir.

Ancaq ABŞ və Qərbin Cənubi Qafqazda bütün planları qurulan ssenarilərə uyğun inkişaf etmir. Yəni, müəyyən problemlər mövcuddur. Üstəlik, bu problemlər daha çox Rusiyaya xəyanət etmiş Ermənistanın qeyri-sabit mövqeyi ilə paralellik təşkil edən davranışlarından qaynaqlanır. Və rəsmi İrəvanın həm Qərbin, həm də Rusiyanın regional maraqlarından eyni vaxtda faydalanmaq cəhdləri geopolitik situasiyanı ciddi şəkildə qəlizləşdirir.

Təbii ki, belə vəziyyətdə ABŞ və Qərb Cənubi Qafqazda daha aktiv davranmaq məcburiyyətində qalıb. Bəzi məlumatlara görə, ABŞ Dövlət Departamentinin regiona geniştərkibli nümayəndə heyəti göndərmək planları da məhz Ağ Evin mövcud situasiyadan narahatlığını biruzə verir. Bu səfər regionda yaranmış vəziyyətin daha detallı şəkildə dəqiqləşdirilməsi məqsədi güdür. Çünki Ağ Evdə ABŞ və Avropa Birliyi təmsilçilərinin Cənubi Qafqaza səfərlərdən sonra hazırlanmış hesabatlarından o qədər də məmnun deyillər.

Ona görə də, ABŞ Dövlət Departamenti Cənubi Qafqazda baş verənlər barədə birbaşa məlumatların alınmasına ehtiyac duyur. Yalnız bundan sonra regional proseslərin növbəti mərhələsi üçün daha konkret qərarların verilməsi və prinsipial addımların atılması nəzərdə tutulur. Ağ Ev üçün ilk növbədə Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin daha da zəiflədilməsi istiqamətində atılması vacib və mümkün olan addımların müəyyən edilməsi daha böyük önəm daşıyır.

Bəzi məlumatlara görə, ABŞ siyasi dairələri Paşinyan hakimiyyətinin "xaotik və sürüşkən" mövqeyindən ciddi şəkildə narahatdırlar. Çünki, rəsmi İrəvan indiyədək heç bir qərarında sona qədər dayana bilməyib. Hər dəfə mövqeyini əks addımlarla dəyişib. Nəticədə ABŞ və Qərbin Cənubi Qafqaz hədəflərini davamlı olaraq təhlükə altında buraxıb. Və Ağ Evdə rəsmi İrəvan kimi qeyri-sabit tərəfdaşla ABŞ-ın Cənubi Qafqaz planlarının uğur qazana biləcəyinə inam sürətlə zəifləməyə başlayıb.

Əslində, Ağ Evin son davranışlarında da ABŞ-ın Ermənistana tam etimad göstərmədiyi müşahidə olunur. Belə ki, ABŞ və Qərb vaxtaşırı Ermənistana yumşaq da olsa, "qulaqburması" vermək məcburiyyətində qalır. Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa yardım göstərməsi ilə bağlı Rəsmi İrəvan dolayısıyla edilmiş xəbərdarlıqlar Paşinyan hakimiyyətinə Ağ Evdə güvənilmədiyini göstərir. Üstəlik, Pentaqonun Ermənistanı əvvəlcə hərbi təlimlərə qatılacaq ölkələrin sırasında göstərib, sonra dərhal siyahıdan silməsi də rəsmi İrəvana xəbərdarlıq mesajı sayıla bilər.

Böyük ehtimalla Ağ Ev bununla rəsmi İrəvana "ABŞ xəyanəti bağışlamır" mesajını çatdırmağa çalışır. Hər halda, rəsmi İrəvanın son vaxtlar Rusiyanın patronajlığı altında olan KTMT-ya münasibətdə mövqeyini davamlı olaraq, dəyişdirməsi Ağ Evin diqqətindən yayınmayıb. Və Paşinyan hakimiyyətinin bu məsələ ilə bağlı müəyyən addımlar atdıqdan sonra yenidən başa dönməyə çalışması hər iki tərəfə qarşı şantaj xarakteri daşıdığından ABŞ-ın da səbri tükənir.

Məsələ ondadır ki, ötən ilin sonlarında Ermənistan KTMT-dan uzaqlaşmağa çalışırdı. Hətta baş nazir Nikol Paşinyan KTMT-nın İrəvan sammitinin yekun sənədini imzalamaqdan da imtina etmişdi. Ardınca rəsmi İrəvan bu hərbi-siyasi alyansın Ermənistanda keçiriləcək hərbi təlimlərini də bloklanmışdı və bu qurumda baş katibin müavini postunu qəbul etməmişdi. Üstəlik, Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT baş katibinin Ermənistana son səfərinin rəsmi İrəvanın mövqeyinə təsir göstərə bilmədiyini vurğulamışdı.

Digər tərəfdən, erməni spiker "KTMT regiondan gedir" deməklə, yanaşı, Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün alternativ tərəfdaşlara yönəlmək məcburiyyətində qaldığına da eyham vurmuşdu. Bu isə Ermənistanın Rusiyadan və onun patronajlığı altında olan KTMT-dan uzaqlaşma kursunun tutulması anlamı daşıyırdı. Və Rusiya-Ermənistan münasibətləri kəskin qarşıdurma istiqaməti almışdı.

Ancaq son vaxtlar rəsmi İrəvan bu mövqeyindən 180 dərəcə altında kəskin dönüş etməklə diqqəti çəkir. Hər halda, elə həmin erməni spiker indi hesab edir ki, Rusiya Azərbaycan-Ermənistan sülh prosesində əsas vasitəçilik missiyasını yerinə yetirir. Onun dediyinə görə, rəsmi İrəvan Rusiyanın vasitəçilik missiyasını effektiv hesab edir və həmişə olduğu kimi, yenə də dəstəkləyir. Və Rusiya-Ermənistan münasibətlərində problemlərin olması barədə deyilənlər həddindən artıq şişirdilib.

Eyni zamanda, baş nazir Nikol Paşinyan da son vaxtlar Rusiya-Ermənistan hərbi müttəfiqliyindən daha tez-tez danışmağa xüsusi həvəs göstərir. Erməni baş nazir yenidən Rusiya prezidenti ilə telefon danışıqlarını intensivləşdirib. Üstəlik, rəsmi İrəvan prezident Vladimir Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinə qatılmaq qərarını Kremlin kəskin reaksiyasından sonra dərhal arxa plana keçirib. Və indi Paşinyan hakimiyyəti israrlı şəkildə Rusiya ilə korlanmış münasibətlərin bərpasına can atır.

Belə anlaşılır ki, son vaxtlara qədər Rusiyaya xəyanət yolu tutaraq, ABŞ və Qərbə yaxınlaşmağa çalışan rəsmi İrəvan indi birdən-birə əks istiqamətdə hərəkət etməyə başlayıb. Yəni, bu dəfə Paşinyan hakimiyyəti ABŞ və Qərbdən əks tərəfə - Rusiyaya doğru yönəlib. Üstəlik, Paşinyan hakimiyyətinin bu məsələdə təlaşlı olduğu və həddindən artıq tələsdiyi də qətiyyən diqqətdən yayınmır. Və bunun Paşinyan hakimiyyətinə qarşı yönəlmiş olduqca ciddi təhlükədən qaynaqlanma ehtimalı tamamilə yüksəkdir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətindən ciddi şəkildə narazı olan Rusiyanın Ermənistanda situasiyanın dəyişdirilməsinə yönəlik fəaliyyətə başladığı barədə məlumatlar mövcuddur. Belə ki, Kremlin Ermənistanda siyasi və hərbi mexanizmlərini hərəkətə gətirdiyi bildirilir. Paşinyan hakimiyyətinin devrilməsi üçün bütün hazırlıqların artıq son mərhələdə olduğu iddia olunur.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın hazırda daha çox hərbi çevriliş təhlükəsindən ciddi şəkildə narahat olduğu da yayılan əsas ehtimallar arasındadır. Hətta Ermənistan mətbuatı da Paşinyan hakimiyyəti son vaxtlar qanunvericilikdə etməyə çalışdığı bəzi dəyişiklikləri hərbi çevriliş təhlükəsindən yayınmaq cəhdi ilə əlaqələndirir. "Hraparak" nəşrinin iddiasına görə, Ermənistan hökuməti Müdafiə Nazirliyinin tabeçiliyində olan bütün şəxslərə siyasi proseslərdə iştirakın qadağa edilməsinə hazırlaşır.

Digər tərəfdən, bəzi məlumatlı erməni mənbələri baş nazir Nikol Paşinyanın hərbi qiyam ehtimalı ilə bağlı qorxusunun son vaxtlar daha da artdığını iddia edirlər. Onların fikrincə, hakimiyyət dairələri yalnız Ermənistan cəmiyyətində deyil, həm də ordu sıralarında narazılığın sürətlə artmasından ciddi şəkildə narahatdır. Çünki Azərbaycan ordusunun son uğurlarından sonra generalitetdə etirazlar birbaşa Paşinyan hakimiyyətinə qarşı yönəlmiş görünür.

Ona görə də, baş nazir Nikol Paşinyan generalitetin yeni inqilab dalğasının stimullaşdırılmasında birbaşa iştirak edə biləcəyindən ehtiyatlanır. Xüsusilə də, erməni generalitetinin əsasən Rusiyaya bağlı olması Paşinyan hakimiyyətini daha çox qorxudur. Bu səbəbdən də, hətta son vaxtlar öz yaxın ətrafına belə, güvənməyən baş nazir Nikol Paşinyan bu təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışır. Və buna paralel olaraq, Qərblə məsafə saxlamağa, Rusiya ilə isə yenidən yaxınlaşmağa cəhd göstərir.(Yeni Müsavat)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi