xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Qarabağ erməniləri üçün son seçim: 2025-ci ilin mayına qədər... - Ekspert danışır

15-03-2023, 15:00 51 dəfə baxılıb

Qarabağ erməniləri üçün son seçim: 2025-ci ilin mayına qədər... - Ekspert danışır


Hər hansı bir tərəfin danışıqlar zamanı ortaya qoyduğu tələbin icrası onun gücü və imkanlarından asılıdır. İndiki halda Qarabağ erməniləri ortaya mövqe qoyub. Amma bu mövqeni müdafiə etməyə onların nə gücü, nə də imkanları var.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, Azərbaycan tərəfinin Qarabağda yaşayan erməni icması ilə bağlı dialoq təklifləri sona qədər davam edə bilməz:

“Müşahidə edilən odur ki, Azərbaycanın bu təşəbbüslərindən sonra hansısa bir formada təzyiq imkanları da nəzərdən keçirilir. Bu, növbəli şəkildə olan prosesdir. Amma bu yanaşma da qarşı tərəf reallığı anlayana qədər davam edəcək”.

Politoloqun fikrincə, bu məsələ ilə bağlı tələskənliyə ehtiyac yoxdur:

“Çünki möhlət bəllidir. 2025-ci ilin mayında bölgədə rus sülhməramlılarının qalıb-qalmaması məsələsi aydınlaşacaq. Azərbaycan burada sülhməramlıların mövcudluğuna həmin müddətdən sonra qalmasına icazə verəcəyi məsələsi əsas amildir. Qarabağda yaşayan erməni icması da bu müddətə qədər konkret qərar qəbul etməlidir. Rus sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni icmasının Azərbaycana inteqrasiyadan başqa seçim imkanı qalmayacaq”.

Zərdüşt Əlizadə Qarabağda yaşayan erməni icmasının reinteqrasiyasının sürətləndirilməsi məsələsinə də münasibət bildirib:

“Görünən odur ki, hazırda Qarabağda Azərbaycana inteqrasiya edib yaşamaq istəyənlər də az deyil. Amma paralel olaraq bu istiqamətdə iş aparmalıdır. Onların istisadi, siyasi, mədəni hüquqları ilə bağlı təsəvvürləri aydınlaşmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi