xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Prezident “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik etdi

3-02-2023, 14:07 41 dəfə baxılıb

Prezident “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik etdi


“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşib.

Belə ki, bu, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.

Bundan başqa, dövlət başçısı müvafiq qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin on səkkizinci abzasında, 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində, 4-cü hissəsinin birinci abzasında, 12-ci hissəsinin ikinci cümləsində, 12-1-ci və 12-3-cü (hər iki halda) hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi