xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Brüssel görüşünün sirli pərdəarxası: Paşinyan indi hansı anlaşmanı gizlətməyə çalışır

2-09-2022, 10:00 31 dəfə baxılıb

Brüssel görüşünün sirli pərdəarxası: Paşinyan indi hansı anlaşmanı gizlətməyə çalışır


Rəsmi Bakı nəticələrdən məmnundur, çünki həmin anlaşma reallaşdıqdan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, erməni silahlı dəstələr tərksilah olunacaq, Xankəndi və ətraf bölgə üzərində nəzarət bərpa ediləcək... Ermənistan KİV-ləri Avropa Birliyi Şurasının rəhbəri Ş.Mişelin Brüssel görüşünün nəticələri barədə rəsmi açıqlamasını böyük ehtimalla baş nazir Nikol Paşinyanın təlimatı ilə “senzura”ya məruz qoyub...

"Musavat.com bildirir ki, Cənubi Qafqazda sülh prosesləri inkişaf edərək, sürətlənməyə başlayıb. Bu regionda son baş verən hadislər də növbəti dəfə sübut edir ki, hər bir inkişafın əsas təməli rəqabətdir. Əks halda, durğunluq qaçılmaz olur.

İndi Cənubi Qafqaz da intensiv, sərt və amansız rəqabətin yeni məkanına çevrilib. Vaxtilə belə bir rəqabət mövcud deyildi, Minsk Qrupunun həmsədrləri “Dağlıq Qarabağ münaqişəsi”nə münasibətdə eyni mövqedən çıxış edirdilər. Ona görə də, problemin həll 30 il uzandı. Və nəticədə Azərbaycan ordusu təşəbbüsü öz üzərinə götürərək, Minsk Qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın nizamlamaq istəmədikləri problemi təkbaşına həll etməli oldu.
Hazırda Minsk Qrupu mövcud deyil. Öz missiyasının öhdəsindən gələ bilməyən bu beynəlxalq qurum de-fakto ləğv olunub. Əvəzində Cənubi Qafqaza nəzarət uğrunda mübarizə başlayıb. Avropa Birliyi və Rusiya arasında artıq taleyüklü xarakter daşıyan bu rəqabət hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi üzərində indeksləşib.

Brüssel görüşünün sirli pərdəarxası: Paşinyan indi hansı anlaşmanı gizlətməyə çalışır


Təbii ki, Avropa Birliyi-Rusiya rəqabəti Azərbaycanın maraqlarına cavab verir. Çünki hər iki tərəf Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində xüsusi fəallıq göstərmək məcburiyyətindədir. Üstəlik, Cənubi Qafqazda regional siyasi iradə mərkəzi olan Azərbaycanın maraqlarından və şərtlərindən kənara çıxmaq şansına da sahib deyillər.

Maraqlıdır ki, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş Əliyev-Paşinyan görüşündə Qərbin Rusiya ilə rəqabətinin real nəticələri müşahidə olundu. Bu görüşün yekun nəticələrinin detalları hələlik tam məlum deyil. Ancaq indiyə qədər açıqlanan bəzi məqamlar Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldən öz əsas hədəflərinə nail olaraq, ayrıldığını göstərir.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan mətbuatında Avropa Birliyi Şurasının rəhbəri Ş.Mişelin Əliyev-Paşinyan görüşü barədə rəsmi açıqlaması yayılıb. Araşdırmalar göstərir ki, Ermənistan mətbuatı böyük ehtimalla rəsmi İrəvanın təlimatı ilə Ş.Mişelin rəsmi açıqlamasını “senzura”ya məruz qoyub. Və açıqlamanın əslinə diqqət edəndə bu, açıq-aşkar nəzərə çarpır.

Həmin açıqlamada Şarl Mişel əvvəlcə görüşün məhsuldar olduğunu vurğulayaraq, buna görə hər iki liderə təşəkkür edib. O, bildirib ki, gündəlikdə olan məsələlərin bütün spektri nəzərdən keçirilib. Və eyni formatda növbəti görüşün noyabrda yenə Brüsseldə keçirilməsi barədə anlaşma əldə edilib.

Brüssel görüşünün sirli pərdəarxası: Paşinyan indi hansı anlaşmanı gizlətməyə çalışır


Məsələnin ən maraqlı tərəfi də məhz növbəti görüşlə bağlıdır. Çünki Ş.Mişel qeyd edib ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyişlərə nail olmaq üçün əsaslı fəaliyyəti gücləndirmək barədə də razılıq mövcuddur: “Həmçinin, xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimat verilib”.

Belə anlaşılır ki, Ş.Mişel Brüssel prosesində ümid bəslənilən irəliləyişin hələ baş vermədiyini dolayısı ilə etiraf edir. Eyni zamanda, Avropa Birliyi Şurasının rəhbəri növbəti Brüssel görüşündə daha konkret nəticələrin əldə olunmasında birbaşa maraqlıdır. Və bunu müzakirə masasına müəyyən sənədlərin çıxarılması ilə sübuta yetirməyə çalşır.

Ona görə də, Ş.Mişel Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin hazırlanmasının vacibliyini qabardır. Eyni zamanda, vurğulayır ki, artıq hər iki qonşu dövlətin liderləri öz ölkələrinin xarici işlər nazirlərinə bir ay ərzində görüşərək, yekun sülh sazişinin mətn layihəsini hazırlamağı tapşırıblar. Və bu, Brüssel prosesi üçün kifayət qədər ciddi irəliləyiş hesab oluna bilər.

Hər halda, nəhayət ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətni üzərində işlənməyə başlanılacaq. Ən əsasısa, Ş.Mişel bu prosesin Brüsseldə keçiriləcək liderlərin noyabr görüşünə qədər yekynlaşdılmasına ümid bəsləyir. Əgər, buna nail olunarsa, Avropa Birliyi Şurasının rəhbəri Ş.Mişel Cənubi Qafqazdakı sülh danışıqları prosesində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyini əhəmiyyətdən salmağı bacarmış olar.

Brüssel görüşünün sirli pərdəarxası: Paşinyan indi hansı anlaşmanı gizlətməyə çalışır


Şübhəsiz ki, rəsmi Bakı bundan məmnundur. Azərbaycan tərəfi Cənubi Qafqazda geopolitik, geostrateji və geoiqtisadi proseslərin sürətlənib, uğur qazanması baxınmından Ermənistanla sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır. Bunun Avropa Birliyi Şurasının və yaxıd Rusiyanın vasitəçiliyi ilə baş verəcəyi isə rəsmi Bakı üçün prinsipial əhəmiyyət daşımır.

Bu baxımdan, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sonuncu Brüssel görüşü ilə bağlı müsbət fikirlər bildirməsi tamamilə başadüşüləndir: “Biz Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin və onun komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi, dövlətlərarası münasibətlərin normallaşdırılması üzrə danışıqlardakı vasitəçi rolunu yüksək qiymətləndiririk”.

Göründüyü kimi, Brüssel görüşünün rəsmi Bakının maraqları çərçivəsində keçdiyini düşünmək üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Xüsusilə də, prosesin yekun sülh sazişinin mətninin hazırlanması mərhələsinə keçmək üzrə olması Azərbaycan tərəfini tamamilə qane edir. Çünki, yekun sülh sazişi Ermənistan tərəfindən Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün rəsmən tanınması anlamı daşıyacaq.

Deməli, rəsmi İrəvan həmin sənədi imzalamaqdan əvvəl Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalan Ermənistan silahlı birləşmələrini tamamilə çıxartmalı olacaq. Buna paralel olaraq, Xankəndi və ətraf bölgədəki erməni silahlı separatçı-terrorçu dəstələrin tərksilah edilməsi də qaçılmazdır. Yəni, yekun sülh sazişinin imzalanmasından öncə Xankəndi və ətraf bölgə üzərində Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi