xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

23-05-2022, 13:35 29 dəfə baxılıb

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib


Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Respublikası millətlər birliyində xüsusi yer tutur. Ölkə xalqın rifah səviyyəsinin və beynəlxalq aləmdə nüfuzunun daim artmasına səy göstərərək uğurla inkişaf edir.

Bakının xarici siyasət vektoru ölkənin milli maraqlarına xidmət edir, daxili potensialını artırmağa və tərəqqi yolu ilə irəliləməsinə imkan yaradır.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Təşkilatın gündəliyində duran məsələlərə maraq göstərmək və ŞƏT ilə dialoqda tərəfdaş qismində fəal iştirak etmək dövlətin statusunun yüksəlməsinə, həmçinin ŞƏT çərçivəsində bundan sonrakı səmərəli əməkdaşlığa zəruri şərait yaradacaq.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və bundan sonra da uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və yeni-yeni nailiyyətlər arzulayıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi