xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Deputat: "Axı sən kimsən ki…"

19-01-2022, 10:41 35 dəfə baxılıb

Deputat: "Axı sən kimsən ki…"


“Erməni sevdalısı Valeri Pekres yaxşı olar ki, Marseldə ikinci erməni dövlətinin qurulmasına kömək etsin. Öz gözündə tükü görməyən Valeri Pekres nədən başqalarının gözündə çöp axtarsın”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Məlahət İbrahimqızı Fransada prezidentliyə namizəd Valeri Perkesin Azərbaycan və Türkiyə haqqında səsləndirdiyi fikirlərə, o cümlədən Parisin onun Xankənidən qanun səfəri ilə bağlı verdiyi reaksiayay mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Fransada keçiriləcək prezident seçkilərində erməni lobbisinin prezidentliyə namizədi Valeri Pekres Azərbaycan və Türkiyəyə qarşı nifrəti ilə rekord qazanıbdır.

“Bu xanım prezidentliyə namizəd sanki, Ermənistanda prezidentliyə namizəd kimi özünü aparır. Ermənilərdən daha çox erməni olan bu fransız xanım erməni maraqlarını müdafiə edərək, erməni lobbisi və erməni diaspora təşkilatlarının maksimum dəstəyini qazanmağa çalışır”, - o qeyd edib.

Deputat əlavə edib ki, seçki kampaniyasındakı bütün çıxışları ilə özünü məğlubiyyətinə imza atmış və bütün beynəlxalq sənədlərdə təcavüzkar kimi tanınan Ermənistanın vəkili olmasını da gizlətmir: “Valeriya Perkes, axı sən kimsən ki, Azərbaycan Prezidentinin adını çəkirsən. Sənin əgər Xankəndi ermənilərinə sevgin o qədər çoxdursa, Fransanın Marsel bölgəsində ikinci erməni dövlətinin qurulmasına kömək et və Azərbaycanda guya “hüquqları pozulmuş ermənilərin” də Marselaya köçürülməsinə dəstək ver. Buna görə Azərbaycan xalqı sənə təşəkkür edər. Utanmaq bilməyən Valeri Pekres deyir ki, əgər seçilərsə, gələcəkdə “şərq xristianlarının” problemi ilə də məşğul olacaqdır. Xanım Valeriya kimi siyasətçilərə görə bu gün Avropada, eləcə də Fransada irqçilik və islamofobiya ildən-ilə artır. Məhz Valeriya Pekres kimi siyasətçilərin yarıtmaz fəaliyyəti millətlərarası və dinlərarası münasibətlərə düşmənçilik toxumu səpilir. Xanım Pekresin ölkəsində müsəlmanların ibadət evi olan məscid və camilərin müxtəlif bəhanələrlə bağlanmasından xəbəri yoxdurmu?! Çox təəssüf ki, Pekres kimi siyasətçilər öz irqçi əməlləri ilə bilərəkdən Fransanın həm dövlət və həm də xalq olaraq, nüfuzuna getdikcə daha ağır zərbə vururlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi