xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Özü də rəisdir, oğlu da... - Rütbəsi artırılan generallar kimlərdir?

23-12-2021, 09:36 240 dəfə baxılıb

Özü də rəisdir, oğlu da... - Rütbəsi artırılan generallar kimlərdir?


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin iki generalının rütbəsi artılıb, üç polkovnikə isə general-mayor rütbəsi verillib.

Qafqazinfo rütbələri artırılan FHN-in yüksək vəzifəli zabitləri ilə bağlı məlumatları təqdim edir.

Ötən gün rütbəsi artırılan iki general-leytenantdan biri olan İlham Əyyub oğlu Abdullayev əvvəllər FHN-in Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Elə general-mayor rübəsini də bu vəzidə ikən alıb. Bu, 2006-cı ilin dekabrında baş verib. O, hazırda FHN-in Mülki Müdafiə Qoşunlarının komandanıdır.

Özü də rəisdir, oğlu da... - Rütbəsi artırılan generallar kimlərdir?


Rütbəsi artırılan digər general Şahmar Ənvər oğlu Paşayev isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. O, FHN-ə 2015-ci ildə Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi kimi gəlib. Ş.Paşayev FHN-ə gəlməmişdən öncə isə polis kimi fəaliyyət göstərib.

Özü də rəisdir, oğlu da... - Rütbəsi artırılan generallar kimlərdir?


Şahmar Paşayev vaxtilə DİN-də məşhur simalardan biri olub. Şamaxının polis rəisi ikən istefa verən Paşayev, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində də çalışıb. Oğlu Turab Paşayev hazırda Binəqədi RPİ-nin 7-ci bölməsinin rəisidir.

General-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavinidir. 1982-ci ildə Şəmkirdə anadan olub.

Polkovnik rütbəsindən general-mayora yüksələn Əşrəf Məmməd oğlu Qasımov isə qurumun Aviasiya dəstəsinin rəisidir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzin rəisi Adil Ələsgər oğlu Abdullayev də polkovnikdən general-mayor rütbəsinə yüksəlib. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi