xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Prezident Çong Soo Parkı qəbul edib - YENİLƏNİB

22-11-2021, 13:33 57 dəfə baxılıb

Prezident Çong Soo Parkı qəbul edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında mütəmadi təmasların olmasından məmnunluğunu ifadə edərək, bunu hər iki tərəfdə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirdi. Dövlətimizin başçısı əminliyi bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün digər sahələrdə də əməkdaşlıq üçün müsbət təsirini göstərəcək.

İqtisadi əməkdaşlığa toxunan Prezident İlham Əliyev Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirərək, böyük sənaye infrastrukturu layihələrinin icrasında bu şirkətlərin fəaliyyətini qeyd etdi və Bakının müasir memarlıq obrazında Koreya şirkətlərinin də payı olduğunu dedi.

Dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir. Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd etdi, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını dedi, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirdi. Vurğuladı ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.

Prezident İlham Əliyev Çong Soo Parkın səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park xoş sözlərə görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Koreyanın yeni şimal siyasəti 14 ölkəni əhatə edir və bu ölkələr sırasında Azərbaycan ən qərbdə yerləşən ölkədir. Koreya ilə Azərbaycan arasında bir çox oxşar cəhətlərin, o cümlədən geosiyasi mövqe cəhətdən oxşarlıqların olduğunu vurğulayan Çong Soo Park Koreyanın qitə və okeanları birləşdirən strateji yerdə, öz növbəsində Azərbaycanın isə müxtəlif beynəlxalq istiqamətləri birləşdirən nəqliyyat mərkəzində yerləşdiyini və Xəzər dənizi ətrafında nəqliyyat mərkəzi olduğunu məmnunluqla bildirdi.

Görüşdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu qeyd olundu, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunuldu. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.

Ölkə.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi