xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olacaq

10-11-2021, 13:20 38 dəfə baxılıb

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olacaq


"Yaxın zamanda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq".

“Report” xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.

Onun sözlərinə görə, üç ölkə arasında münasibətlərin hazırkı vəziyyəti siyasi, iqtisadi, ticari və humanitar istiqamətlər üzrə üçtərəfli əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirməyə və yaxşılaşdırmağa imkan verir.

“Qarşıdan gələn üçtərəfli zirvə görüşündə söhbət ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdən gedəcək”, - Türkmənistan Prezidenti deyib.

Türkmənistan, Azərbaycan və Türkiyənin Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün yaradılması üzərində fəal iş apardıqlarını qeyd edən Q.Berdiməhəmmədov nəqliyyat sahəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə layihənin həyata keçirilməsi perspektivlərinin mövcud olduğunu söyləyib:

“Üç ölkənin potensialının bir araya gətirilməsi, ümumi resurslardan, coğrafi, sənaye və texnoloji imkanlardan istifadə təkcə milli iqtisadiyyatın inkişafına güclü təkan verməyəcək, həm də bütün Avrasiya məkanında yeni perspektivlər yarada bilər”.

Xatırladaq ki, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü 2021-ci ilin avqust ayında Xəzərin Türkmənistan sahillərində yerləşən "Avaz" milli turizm zonasında keçirilməli idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi