xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Ağdərə və Xocalının geri verilməsi xəritəsi… – Araik danışdı

30-09-2021, 13:42 51 dəfə baxılıb

Ağdərə və Xocalının geri verilməsi xəritəsi… – Araik danışdı


RBK-nın məlum xəritəsi – hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgəyə daxil olan keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzi Azərbaycana təhvil verilir – erməni jurnalistlər tərəfindən araşdırılıb. Məsələ hələ də müəmmalı olsa da, müəyyən məqamlar diqqət çəkir.

Politoloq Asif Nərimanlı sosial şəbəkədəki paylaşımında bildirib ki, RBK xəritəni yayandan bir gün sonra silib – “Hraparak” qəzeti yazır.

Qarabağda yaşayan erməni ekspert Bella Lalayan deyir ki, müharibə başa çatandan sonra Xocalının təhvil verilməsi haqqında tez-tez danışırlar.

Separatçı-terrorçu rejimin qondarma parlamentinin xarici əlaqələr komitəsinin üzvü, daşnak Vahram Balayan bu haqda danışmaqdan imtina edib.

Baş separatçı Araik Arutyunyanın sözçüsü Lusine Avanesyan da susmağa üstünlük verib.

Erməni jurnalistlər, nəhayət, Arutyunyanın özü ilə təmas qura biliblər. Baş separatçıya jurnalistlər deyib ki, RBK xəritəni silməmişdən öncə onlardan məsələyə münasibət öyrəniblərmi?

“Hələlik bu məlumatı şərh etməyəcəm”. “Niyə şərh vermirsən”, – deyə jurnalist soruşub. “Əlimdə rəsmi nəsə olanda şərh edəcəm”, – deyə Araik cavab verib.

Jurnalist “İmzanız olmadan həmin bölgələrin Ermənistan hakimiyyəti tərəfindən təhvil verilməsi mümkündürmü”, – deyə soruşub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi