xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Müdafiə naziri müşavirə keçirdi

19-07-2021, 11:44 63 dəfə baxılıb

Müdafiə naziri müşavirə keçirdi


İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səsləndirdiyi "Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq” fikirlərini müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib. Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb.

Azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyəti təhlil edən Müdafiə naziri gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi