xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:05 – Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB 
  • 12:58 – Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 

Elman Cavadi: Regionun gələcək inkişafına imkanlar yaradan Şuşa Bəyannaməsi

8-07-2021, 15:23 155 dəfə baxılıb

Elman Cavadi: Regionun gələcək inkişafına imkanlar yaradan Şuşa Bəyannaməsi


Zərdab Rayon 39 saylı Yol idarəsinin müdiri Elman Cavadi - 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi dövründə Türkiyə daim bizə mənəvi və siyasi dəstək olmaqla bütün dünyaya iki ölkə arasındakı qardaşlıq münasibətlərin sadəcə dildə səsləndirilən pafozlu fikirlər olmadığını sübuta yetirmiş oldu. Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Əlbəttə, bu bəyannaməni həm də tarixi nailiyyət kimi qiymətləndirmək olar. Azərbaycanla Türkiyə arasında iqtisadi, siyasi əməkdaşlıq artıq hərbi sahədə də davam etdiriləcək. Bununla yanaşı Şuşa Bəyanaməsindəki hərbi tərəfdaşlıq haqqında olan maddəyə görə, Azərbaycan və ya Türkiyənin təhlükəsizliyi, ərazi bütövlüyü təhdid edilərsə, bu, digər ölkə üçün də keçərlidir. Yəni Azərbaycan və Türkiyəyə qarşı yarana biləcək hər bir hərbi təcavüzdə qardaş ölkələr bir-birinə açıq şəkildə dəstək verəcək. Bu bəyannaməni mən həm də Ermənistan və onun havadarlarına ciddi mesaj verən çox ciddi sənəd kimi də qiymətləndirirəm.

Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi strateji əməkdaşlığı dərinləşdirməklə yanaşı, həm də iqtisadi münasibətlərin genişlənməsinə imkan yaradacaq. Şuşa Bəyannaməsindəki digər vacib məqamlardan biri də birgə nəqliyyat layihələrinin icrasıdır. Ən önəmlisi isə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin bəyannamədə öz əksini tapması da mühüm amillərdən biridir. Çünki bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Əlbəttə, müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin xüsusi qeyd olunmasının böyük əhəmiyyəti var. Onu da qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın iqtisadi baxımından əlaqələrin güclənməsinə və Naxçıvanın blokadadan çıxmasına səbəb olacaq. Bununla yanaşı həm də Zəngəzur dəhlizi ölkəmizin əsas hissəsinin Naxçıvanla birləşdirilməsi baxımından əhəmiyyətlidir. Bundan əlavə Zəngəzur dəhlizinin açılması həm də Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələri gücləndirəcək. Çəkilməsi gözlənilən Naxçıvan-Qars dəmir yolu xətti Azərbaycanı quru yolu vasitəsilə Türkiyəyə birləşdirəcək. Əlbəttə ki, bu dəhlizin açılması həm də Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrinin genişlənməsinə səbəb olacaq. Həmçinin, Zəngəzur dəhlizi kommunikasiya xətti kimi Asiya ilə Avropa arasında əlaqələrin sürətlənməsi və asanlaşmasına şərait yaradacaq. Bir sözlə Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına müsbət təsir göstərməklə yanaşı həm də ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq.

Ümumiyyətlə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, iqtisadi sahədə yeni əməkdaşlıqlarla bağlı münbit şəraitin formalaşmasına səbəb olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi