xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

KTMT-dən Zəngəzur açıqlaması: Müdaxilə edə bilmərik

3-07-2021, 11:35 77 dəfə baxılıb

KTMT-dən Zəngəzur açıqlaması: Müdaxilə edə bilmərik


Ermənistanın cənubunda Zəngəzurda Azərbaycanla sərhəddə yaranmış vəziyyət Kollektiv Rəhlükəsizlik Müqaviləsinin (KTMT) Nizamnaməsinin təsir dairəsinə düşmür.

Tass xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

Onun sözlərinə görə, Zəngəzurda Ermənistanla Azərbaycan arasında baş verən gərginlik sərhəddin müəyyənləşdirilməsi məsələsidir və ona görə də bu məsələyə müdaxilə etmək hüququna malik deyil.

“KTMT ancaq işğal və hücumlar zamanı məsələyə müdaxilə edir. Biz isə burada ancaq sərhəd məsələsi üstündə yaranan gərginliyi müşahidə edirik. Şükürlər olsun Allaha ki, orada nə atəşkəs pozulub, nə də ki, ölüm hadisəsi baş verib. Bu sərhəd məsələsidir və o həll edilməlidir. Biz də məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq” - KTMT Baş katibi deyib.

KTMT Baş katibi onu da əlavə edib ki, prinsip etibarı ilə orada gərginliyın artması müşahidə edilmir: “Gərginliyin artmaması artıq özü yaxşı nəticədir. Qarşıda sərhədlə bağlı hələ çox mübahisəli məsələlər var ki, bunları da danışıqlar yolu ilə həll etmək lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi