xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Lavrov: “Kreml İlham Əliyevlə Ərdoğanın regionla bağlı təkliflərinə müsbət yanaşır”

1-07-2021, 12:30 58 dəfə baxılıb

Lavrov: “Kreml İlham Əliyevlə Ərdoğanın regionla bağlı təkliflərinə müsbət yanaşır”


Ankara və Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini davam etdirir.

“Bunu RF XİN başçısı Sergey Lavrov deyib.

Onun sözlərinə görə , Ankara ilə Moskvanın qarşılıqlı fəaliyyəti təkcə davamlı məsləhətləşmələrlə bitmir, siyasi mövqelərin uzlaşdırılması istiqamətində addımlar atırıq.

“Ağdamdakı Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyət göstərməsi atəşkəsə və bütün hərbi əməliyytalara nəzarət etmək istiqamətində çox uğurlu əməkdaşlıq formatıdır. Bu bizim qarşılıqlı əlaqələrimizin möhkəmlənməsinə imkan verir.

Əməkdaşlığımızın digər istiqaməti isə bölgədə ticarət-iqtisadiyyat, nəqliyyat əlaəqlərinin bərpa edilməsidir. Ona görə də zamanında Ərdoğan və Əliyevin bölgənin inkişafını təşviq edəcək "üç + üç" formatındakı əməkdaşlıq təklifinə dəstək və müsbət reaksiya verdik. Üç Cənub Qafqaz ölkəsi və üç region ölkəsi olan Rusiya, Türkiyə və İran. Biz bu barədə də danışdıq və ilkin mərhələ üçün yaxşı planlarımız var. Bir daha təkrar edirəm ki, Ermənistan-Azərbaycan və Qarabağ məsələlərində sıx və səmərəli əməkdaşlıq bizi qane edir”, - Lavrov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi