xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Ermənilər Xankəndini tərk edir: Proses daha da sürətlənəcək - FOTO

25-06-2021, 13:28 80 dəfə baxılıb

Ermənilər Xankəndini tərk edir: Proses daha da sürətlənəcək - FOTO


“Onsuz da Xankəndidə yaşayan ermənilərin sayları azalıb və bir az da azalacaq. Pandemiya zəiflədikdən sonra oranı daha çox insan tərk edəcək”.

Bu sözləri açıqlamasında analitik Elxan Şahinoğlu deyib. O bildirib ki, ermənilər indiki şəraitdə Xankəndidə yaşaya bilməz:

“Azərbaycan qanunlarını qəbul etməyəcəklərsə, bizim pasportları daşımayacaqlarsa, bu şəraitdə yaşamaq onlara çətin olacaq. Biz də bunu qəbul etməyəcəyik. Üstəgəl orada sosial şərtlər çox ağırdır. Əvvəlki kimi Ermənistandan Qarabağa dəstək də yoxdur. Bu şəraitdə əlbəttə ki, oranı tərk etmək məcburiyyətində qalacaqlar”.

Ekspertin sözlərinə görə, Ermənistan cəmiyyəti Qarabağ yükündən qurtulmaq istəyir:

“Araik Arutyunyana gəldikdə isə yaxşı separatçı pis separatçı bizim üçün fərq etmir. Hamısı separatçıdır. Kim ki bizim qanunlarla yaşamaq istəyəcək onlar qalacaq, amma qalanları çıxıb getmək məcburiyyətindədir. Özləri də anlayırlar. Ermənistan cəmiyyət olaraq artıq Qarabağ yükündən qurtulmaq istəyir. Ona görə Paşinyanı baş nazir seçdilər”.

E.Şahinoğlu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacağı barədə səsləndirilən fikirlərə də münasibət bildirib:

“Sülh sazişinin imzalanması üçün gərək Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etsin, Azərbaycan və Türkiyənin ərazi bütövlüklərini tanısın, Zəngəzur dəhlizinin inşasına mane olmasın. Bunlar olarsa, il ərzində sülh sazişinin imzalanması mümkündür. Bu sazişin imzalanması Xankəndidə qalan ermənilərin ordan köçmə prosesini sürətləndirə bilər”.

Ermənilər Xankəndini tərk edir: Proses daha da sürətlənəcək - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi