xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Vilayət Eyvazov bu səhvə görə polis şöbəsinin rəhbərliyini cəzalandırdı

4-06-2021, 13:25 71 dəfə baxılıb

Vilayət Eyvazov bu səhvə görə polis şöbəsinin rəhbərliyini cəzalandırdı


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyini cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, bir müddət öncə rayon sakini, Mirzəyev Ramin İlyas oğlu narkotik vasitələrin daşınmasına görə saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

R.Mirzəyev daha sonra sərbəst buraxılsa da, cinayət işi qüvvədə qalıb. Bundan sonra vətəndaş Mirzəyev DİN rəhbərliyinə şikayətlər ünvanlayıb. Bildirib ki, şöbənin Cinayət Axtarış İdarəsinin rəisi Bəhruz Mirzəyev şəxsi konfliktinə görə onun barəsində saxta əsaslarla cinayət işi başladıb.

Nazirliyin Daxili Təhqiqat İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bunun üçün Şirvana yola düşən DİN vəzifəli şəxsləri rayona çatmağa 1 saat qalmış əməliyyatçılar Ramin Mirzəyevin evinə baxış keçirməyə gedib. Baş əməliyyat müvəkkili Kamil adlı polis əməkdaşı Raminin evindən bir neçə növ narkotik aşkar edib.

Daxili Təhqiqat İdarəsinin əməkdaşları şöbəyə çatdıqdan sonra məlum olub ki, bir ay öncə saxlanılan R.Mirzəyevin evinə həmin günə kimi baxış keçirilməyibmiş. Bu da ciddi prosessual pozuntu hesab edildiyi üçün Şirvan ŞPŞ rəhbərliyi cəzalandırılıb.

Nazir Vilayət Eyvazovun əmri ilə ŞPŞ rəisi, polis polkovniki Hikmət Quliyev, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib.

Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil və baş təhqiqatçı isə polis orqanlarındakı xidmətdən xaric edilib.

Hazırda Şirvan ŞPŞ-də kompleks yoxlama aparıldığı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi