xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Zakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTO

17-03-2021, 13:36 49 dəfə baxılıb

Zakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTO


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib və çay süfrəsi arxasında hərbi qulluqçularla söhbət aparıb.

Qeyd edək ki, şəxsi heyətin rahat yerləşməsi, qidalanması və məişət şəraitinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qısa müddətdə azad edilmiş ərazilərdə onlarla müxtəlif təyinatlı modul tipli komplekslər quraşdırılıb. Bu istiqamətdə fəaliyyətlər hazırda da davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə şəxsi heyətin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə Ali Baş Komandanının tapşırığına əsasən yeni ərzaq anbarları tikilərək istifadəyə verilib.
Şəxsi heyətin ilboyu təzə və yüksək kalorili ərzaq ilə təmin olunması məqsədilə istifadəyə verilən bu anbarlarda saxlanılan məhsullar təminatı gücləndirmək üçün müxtəlif istiqamətlərdə yerləşən hərbi hissə və bölmələrə çatdırılır.



Zakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTOZakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi