Rafiq Quluyev: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu
26-02-2021, 14:30
367 dəfə baxılıb
Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutma” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilmişdir
Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı Soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutma” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqənin nəticələrinə görə 17 nömrəli tam orta məktəbin şagirdi Səttarov Çingizxan 1-ci yeri, 55 nömrəli tam orta məktəbin şagirdi Yunusova Ağaxəlil və Humanitar fənlər təmayüllü məktəb liseyin şagirdi Mustafayeva Ayşə 2-ci yeri, 204 nömrəli tam orta məktəbin şagirdi İsmayılova Nəzrin, 257 nömrəli tam orta məktəbin şagirdi Mürşüdova Xədicə və 261 nömrəli məktəb-liseyin şagirdi Fərzəliyeva Selcan 3-cü yeri tutmuşdur.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev - Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı, qəddar səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi.
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
“Heydər Əliyev” Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat aparılır, erməni vandalizminin bütün gerçəklikləri dünyaya nümayiş olunur.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayıblar.
Qaradağ rayonunda da Xocalıdan 189 ailə (onlardan 29-u şəhid ailəsi) məskunlaşıb.
44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən düşmən tapdağında olan torpaqlarımızın erməni işğalından azad olunması hər birimizi qürurlandırır. Yerlə yeksan olmuş torpaqlarımız minalardan təmizlənir, yollar çəkilir, şəhərlərimizdə, kəndlərimizdə infrastruktur qurulur. Dövlət başçımız müharibədən sonra Şuşaya və digər şəhərlərimizə səfər edib, bayrağımızı ucaldıb, vacib obyektlərin təməlini qoyub, böyük quruculuq işlərinin anonsunu verib. Dövlət başçımızın rəhbərliyi ilə qısa müddətdə viran qoyulmuş torpaqlarımız abadlaşacaq, yeniyaşayış məskənləri tikiləcək, qaçqınlarımız nəhayət öz yurd-yuvalarına dönəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR