xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

26-02-2021, 12:42 98 dəfə baxılıb

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”


“Biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoludur".
Bu sözləri mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, erməni tərəfi öz qoşunlarını torpaqlarımızdan çıxarmaq üçün tarixi verən kimi biz müharibəni dayandırdıq:

“Müharibənin ilk günündən mən hər bir müsahibəmdə və bəyanatımda onu vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü bizə Cəbrayıl, Füzuli, Şuşa və digər rayonlarımızdan qoşunlarının çıxarılması tarixini verən kimi müharibəni dayandıracağıq. Biz münaqişənin başa çatdırılması üçün 30 il gözləmişik. Niyyətimiz hər zaman aydın və səmimi olub. Biz dərk edəndə ki, Ermənistan hökuməti bizə bir santimetr torpaq qaytarmaq niyyətində deyil, paralel olaraq bir sıra hərbi təxribatlar törədir, biz dərhal adekvat cavab verdik”, - deyə prezident qeyd edib.

İ.Əliyev bildirib ki, davamlı sülhü yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə əldə etmək olar:

“Onlar bildirdi ki, Ağdamın bir hissəsi, Kəlbəcər, Laçın boşaldılacaq. Mən dərhal müharibəni dayandırdım və sözümə əməl etdim. Hər kəs anlayır ki, biz müharibəni davam etdirsəydik, Ermənistan üçün nəticə daha ağır və acınacaqlı ola bilərdi. Biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun. Bu gün biz onu müzakirə edirik ki, bölgədə dayanaqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu əməkdaşlıqdır. Biz artıq üçtərəfli qaydada - Azərbaycan, Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və bütün maneələrin aradan qaldırılması üçün çalışırıq. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək.

Sülhün xeyrini görəcəklər. Sülh üçün daha bir şərtimiz ondan ibarətdir ki, Ermənistanın siyasi dairələri anlamalıdır ki, hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı ciddi bir təhlükə görsək, dərhal cavab verəcəyik. Ona görə də xəbərdarlıq edirəm ki, qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır. Tədricən, addım-addım sülh regiona gələcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi