xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Qars təlimləri erməniləri qorxuya saldı

2-02-2021, 11:33 52 dəfə baxılıb

Qars təlimləri erməniləri qorxuya saldı


Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistanda ciddi narahatlıq yaradıb.
Avision.az xəbər verir ki, ənənəvi ortaq hərbi təlimlərdən səksəkəyə düşən erməni cəmiyyəti sosial mediada Paşinyan hakimiyyətini tənqid etməyə başlayıb. Tanınmış ictimai xadimlərin əksəriyyəti siyasi elitanı Qarabağı geri qaytarmaq xülyasına düşməkdənsə, gələcəkdə Naxçıvan istiqamətində ehtiyatlı olmağa çağırıb.

İctimai fəal, QHT rəhbəri İrina Danielyan hərbi təlimlərdən videogörüntülər paylaşaraq absurd şəkildə iddia edib ki, yaxın gələcəkdə guya Naxçıvan istiqamətdinə genişmiqyaslı müharibə olacaq:

"Bir müddət öncə "Saqqallı Andranik" (Deputat Andranik Koçaryan-red.) bu cür təlimlərdən qorxmağın lazım olmadığını söylədi. Çünki guya biz yaxşı müdafiə olunuruq. 2020-ci ilin yayında Türkiyə-Azərbaycan genişmiqyaslı hərbi təlimləri keçirilirdi və o zaman da biz müharibə olacağını söyləyəndə "Nikolaidlər" (Paşinyanın tərəfdarları-red.) bizə gülürdü. Nikol hakimiyyətə torpaqları qaytarmaq üçün gəldi. Məgər bu baş vermədimi? Bir daha deyirəm ki, çox yaxında Naxçıvan istiqamətdə genişmiqyaslı müharibə olacaq".

Xatırladaq ki, Ermənistan tərəfindən dəfələrlə belə absurd iddialar səsləndirilib. Azərbaycan işğal altında saxlanılmış öz torpaqları xaric başqa sərhəddən kənarda heç vaxt hərbi əməliyyatlar aparmayıb və Ermənistandan fərqli olaraq tarixboyu belə bir hərbi-siyasi strategiya formalaşdırmayıb. Görünür, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı hələ uzun müddət İrəvanı qorxu içində saxlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi