xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Paşinyan Moskvaya yola düşüb

11-01-2021, 11:13 96 dəfə baxılıb

Paşinyan Moskvaya yola düşüb


Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşüb.

"Report" xəbər verir ki, ölkə müxalifətinin bəzi fəalları hökumət başçısının Moskvaya səfərinə mane olmağa çalışıb.

Məlumata görə, etirazçılar “Zvartnots” hava limanına gedən yolu bağlayaraq müxtəlif şüarlar səsləndiriblər.

“Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - aksiya iştirakçılarından biri söyləyib.

Daha sonra etirazçılar aksiyanın yekunlaşdığını elan ediblər və hava limanına gedən yolu açıblar.

Bundan sonra baş nazir aeroporta çatıb və Moskvaya yola düşüb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi