xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Bakıda möhtəşəm Zəfər paradı başladı - YENİLƏNİB + CANLI YAYIM

10-12-2020, 13:49 80 dəfə baxılıb

Bakıda möhtəşəm Zəfər paradı başladı - YENİLƏNİB + CANLI YAYIM


Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər paradının keçirildiyi Azadlıq meydanına gəliblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Bundan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

***

Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş hərbi parad başlayıb.

Müzəffər Azərbaycan ordusunun 44 günlük zəfər yürüşünün məntiqi yekunu olan parad Bakının Azadlıq Meydanında keçirilir.

Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyir.

Paradda Azərbaycan ordusunun 3000 nəfərdən artıq şəxsi heyəti, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər nümayiş etdirilir.

Vətən Müharibəsində müzəffər ordumuzun düşməndən qənimət kimi ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi