xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Azərbaycanda sərt qadağalar geri qayıdır - Yoluxma sürətlə artır və...

27-11-2020, 12:05 72 dəfə baxılıb

Azərbaycanda sərt qadağalar geri qayıdır - Yoluxma sürətlə artır və...


“Son vaxtlar koronavirusa yoluxmanın artması Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib. Hazırda Ermənistanda 130 min, Gürcüstanda 115 min, Azərbaycanda isə 98 min insan koronavirusa yoluxub. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən 2 dəfə çoxdur, ölkəmizdə yoluxanların sayı nisbətən aşağıdır. Lakin buna rəğmən biz virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara getməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq”.

Bunu Redaktor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, koronavirusla mübarizədə dövlət insanların sağlamlığının qorunması üçün bütün mümkün tədbirləri həyata keçirir:

“Ölkəmizdə koronavirusla əlaqədar işləyən laboratoriyaların sayı 45-ə çatdırılıb və hazırda 1.6 milyondan çox test keçirilib. Yəni, görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığını, onları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur, şərait formalaşdırıb. Eyni zamanda, bir neçə şirkətlə koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparılır. Heç şübhəsiz ki, Azərbaycan peyvəndi əldə edən ilk ölkələr sırasında olacaq”.

Millət vəkili yoluxma sayının artmasının obyektiv və subyektiv səbəbləri olduğunu bildirib:

“Həyata keçirilən tədbirlərin fonunda isə biz ölkəmizdə gündən-günə virusa yoluxanların sayında artım müşahidə edirik. 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-3000-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır olar. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. İnsanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi