xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” — Çingiz Abdullayevdən ŞOK AÇIQLAMA

28-08-2020, 14:29 513 dəfə baxılıb

“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” — Çingiz Abdullayevdən ŞOK AÇIQLAMA


“Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun Antalyada qətlə yetirilməsi səs-küysüz ötüşməyib. Artıq bir neçə gündür ki, insanlar ölkənin siyasi sferasında baş verən hadisələrlə yanaşı, kriminal mövzunu da gündəmdən saxlayırlar. Hətta YouTube trendinin ilk sıralarında uzun müddətdir ki, Lotu Quli ilə bağlı videolar yer alır.
Maraqlıdır, insanların kriminal avtoritetlərə böyük maraq göstərmə səbəbi nədir?

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev açıqlamasında bildirib ki, bu tip mövzulara böyük simpatiya ola bilməz. Kriminal avtoritetlərə hazırkı marağın səbəbi isə məsələ ətrafında çoxlu yazıların yazlmasıdır:

“Həm mətbuat, həm sosial şəbəkələr o qədər yazıb ki, hər kəs bunu oxuyub bilmək istəyir. Amma böyük bir simpatiya ola bilməz. Çünki hələ 90-cı illərdə ümummilli lider Heydər Əliyev sabiq daxili işlər naziri Ramil Usubova göstəriş vermişdi ki, Azərbaycanda kriminal avtoritet qalmamalıdır. Bunu mənə nazir özü danışıb. Deyiləni yerinə yetirdilər və o vaxtdan Azərbaycanda kriminal avtoritetlər qalmayıb. Ona görə də hazırda bu barədə nə qədər çox yazılsa, o qədər də maraq olacaq. Bu, elə mövzudur ki, hamıda maraq oyadır, Sovet vaxtında da belə maraq olub. İntriqalar insana maraqlı gəlir, düşünürlər ki, görəsən, hansı səbəblə, necə baş verib?! Xüsusi bir dünyadır və bu dünya insanları cəlb edir. Amma hər kriminal əhvalatların arxasında insanlar durur, faciələr dayanır”.
Çingiz Abdullayev qeyd edib ki, bəzən insanlar özləri də istəmədən mövzunu reklam edirlər:

“Bu kimi təbliğatlar olanda qız və oğlanlar fikirləşir ki, bunların həyatı çox gözəldir, hər kəs onlardan qorxur, heç nə etmirlər, amma çox yaxşı yaşayırlar… 1990-cı illərdə Rusiyada sorğu keçirəndə qızların 70 faizi fahişə, oğlanların isə 70 faizi killer olmaq istədiklərini bildirirdilər. “Sən kim olmaq istəyirsən?”,- deyə sual verilirdi, qızlar deyirdi ki, mən “valyutnı” fahişə olmaq istəyirəm. Axı belə olmaz. Mən hər kitab yazanda birinci növbədə kitabın insanları yaxşılığa çağırmasına fikir verirəm”.

Həmsöhbətimiz kriminal mövzuya iki cür yanaşmanın olduğunu vurğulayıb:

“Bəziləri belə mövzulara toxunur ki, sensasiya olsun, tirajları artsın. Bəziləri isə bunları tənqid etmək məqsədi ilə yazırlar, bildirirlər ki, bu yolun sonu faciədir, belə olan halda, onlar cəmiyyətə yaxşı mesaj ötürür. Mənim kitablarım niyə 32 dilə tərcümə olunub? Hamısı dəli deyillər ki… Deyək ki, Azərbaycanda mənlə maraqlanırlar, bəs Argentina, yaxud Çində niyə məni oxuyurlar?Ona görə ki, mən insanları tərbiyə etməyə çalışıram. İnsanlara Allahın var olduğunu göstərmək istəyirəm. Bəziləri isə insanı iblis olmağa çağırır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi