xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Çingiz Əhmədovun Əliqismət Lalayevlə "müharibəsinin" səbəbi MƏLUM OLDU — XALQ ARTİSTİ OLMAĞIM ÜÇÜN...

5-06-2020, 15:34 131 dəfə baxılıb

Çingiz Əhmədovun Əliqismət Lalayevlə "müharibəsinin" səbəbi MƏLUM OLDU — XALQ ARTİSTİ OLMAĞIM ÜÇÜN...


“Mən bu mübarizəyə yeni başlamışam. Gələn həftənin əvvəlində digər verilişlərdə də çıxış edəcəm. Mən bu mübarizədə tək deyiləm. Mənimlə birlikdə Əliqismət Lalayev tərəfindən haqsızlığa düçar olan digər həmkarlarım var. Biz səsimizi lazım olan yerlərə çatdıracağıq”.
Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı Əməkdar artist Çingiz Əhmədov Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə aralarında baş verən qalmaqala fikir bildirərkən deyib.

O, bu gün “ATV” telekanalında yayımlanan “Şou ATV” səhər proqramında Teatrın rəhbərinə qarşı sərt ittihamlar səsləndirərkən mikrafonun söndürülməsi məsələsinə də münasibət bildirib.

“Bəli, həqiqətən verilişdə mikrafonumu söndürdülər, mənə qarşı haqsızlıq etdilər. Əgər bura “Azad Azərbaycan”dırsa niyə qoymadılar ki, azad formada öz fikirlərimi səsləndirim. Verilişdən sonra mənə çox zənglər oldu, insanlar çox narahatdılar. Sadəcə, mən Lalayevdən mükafatımı kəsdiyi üçün haqqımı tələb edirəm. 12 ildir bu insan teatrda rəhbərlik edir. Bu illər ərzində Xalq artisti adını almağım üçün Nazirliyə bir təklif belə yollamayıb. Mən 1972 –ci ildən bu sənətdəyəm, televiziyada böyümüşəm. Mənim buna haqqım var. Dəfələrlə özü də bildirib ki, Afaq Bəşirqızı, İlham Namiq Kamal və Çingiz Əhmədova görə teatrın biletləri satılır. Bəs indi nə oldu? Məndən qat-qat cavan aktyorlar o adı alır, mənim 2 ildən sonra 60 yaşım olacaq, ancaq mən buna layiq deyiləm? Niyə axı siz mənim adımı təqdimata salmırsınız? Fəxri ad Prezident tərəfindən verilir, siz isə mənə bu işdə maneə törədirsiniz.

Mən Nəsibə Zeynalova, Eldəniz Zeynalov, Həsənağa Salayevdən tərbiyə almışam. Ustadım Əliağa Ağayev olub. Hər zaman xalqımı, dövlətimi sevmişəm. Əliqismət Lalayev, bəsdir illərdir orada oturub haqqımızı yedin”,- deyə, əməkdar artist fikrini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi