xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Rasim Balayevin qardaşı vida mərasimində zalı niyə tərk EDİB?

2-04-2026, 12:00 11 dəfə baxılıb



Xalq artisti Rasim Balayevin vəfatı fonunda sosial şəbəkədə müzakirələr, paylaşımlar davam edir. Belə paylaşımlardan birini də jurnalist Məhərrəm Əliyev edib. O paylaşımında vida mərasimində Rasim Balayevin qardaşı ilə bağlı gördüyü təəssüfedici bir məqamı qabardıb.

Bakupost.az jurnalistin 2 gün əvvəlki sosial şəbəkə paylaşımını olduğu kimi təqdim edir:

"Hazırda "AzDrama"dayıq, Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. Məncə, görməmiş kimi qəbrin içini işıqlandırmaq lazım deyil, amma səliqəli formada böyük sənətkarların vida və dəfn mərasimləri çəkilməlidir, tarixdə qalmalıdır. Bunun üçün də mediaya hörmət edilməlidir.

Hörmət edilmir, çəkiliş üçün şərait yoxdur, "AzDrama"nın ağzından süd iyi gələn uşaqlarını salıblar üstümüzə ki, qadağa var. Heç PTX belə davranmır. Bu uşaq və ona göstəriş verənlər anlamırlar ki, tarixdə "qadağa"lar yox, vida mərasimində sənətkara qoyulan hörmət qalacaq.

Vida mərasiminin kuliminasiya nöqtəsi Rasim Balayevin qardaşına qoyulan hörmətdir.
Yarım saatdır yanımda Rasim Balayevə oxşayan şəxs dayanıb. Tanımırdım, açıq deyim. Ardıcıl zənglərdən, nitqindən anladım ki, qardaşıdır. Ağzından süd iyi gələn o uşaq sənətkarın qardaşını önə buraxmır. Öndə yer yoxdur, öndə rəsmilər əyləşib.

Biz çəkirik ki, vacibdir, yaddaşda qalmalıdır. Əyləşənlər isə irad bildirirlər ki, önü görə bilmirik, çəkil, bir-ikisi ayağımdan dartdı, səbrlə davrandım. Sonda qardaşına irad bildirdilər ki, "ay kişi, önümüzdə dayanma". Kimsə qardaşı olduğunu irad tutanlara bildirəndə yenə də dedilər ki, fərqi yoxdur, baxa bilmirik. Ağsaqqal şəxslər irad tuturlar. Qardaşı da mədəni tonda, ehmalca bu cavabı verdi:

"Eybi yox, mən zaldan çıxaram".
Və çölə çıxdı..."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi