xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bunları etsəniz, xoşbəxt olarsınız – Qurandakı 6 şərt

13-01-2020, 10:04 47 dəfə baxılıb

Bunları etsəniz, xoşbəxt olarsınız – Qurandakı 6 şərt


Quran səadətə çatan insanların bəzi sifətlərini bəyan etmişdir ki, təvqa əhli üçün onu bilmək çox mühümdür.

Hər kim bu 6 sifətə malik olarsa, səadət əhlindən olar:

1. İbadət və xalis namaz. Quranın nəzərinə görə, o kəslər ki, həyatda olan zaman Allaha xaliscəsinə ibadət edə biliblərsə, onlar səadət əhlidirlər. “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 1-2).

2. Yersiz işlərdən çəkinmək. “Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər”. (“Muminun” 3).

İnsanın kamala çatmasına mane olan amillərdən biri də yersiz işlərlə məşğul olmaqdır. Bura yersiz və faydasız fikirlər də daxildir.

3. Zəkat vermək. “Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər”. (“Muminun” 4).

Hər kim dünya həyatında boynuna düşən Allah haqqını ödəyərsə, səadət əhlindən olar. (Beytutə)

4. İffətli olmaq. “Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar”. (“Muminun” 5).

5. Tövbə əhlindən olmaq. “Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).

6. İlahi təqvaya riayət etmək. “De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir». Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız”. (“Maidə” 100).  /Deyerler.org/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi