xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Nazirlər təqdimatda - Fotolar

9-12-2019, 12:03 40 dəfə baxılıb

Nazirlər təqdimatda - Fotolar


"Bugünkü görüş böyük bir tapşırığın həyata keçirilməsinin başlanğıcıdır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev "Kreativ Azərbaycan" portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda keçirilmiş paneldə deyib.

Bildirib ki, kreativ sənayeyə təkan vermək bu tədbirin əsas məqsədidir:

"Bakı dizayn şəhəri adlandırılıb ki, bu ada layiq olduğumuz sübut olunmalıdır. Bu işdə hər kəs fəal iştirak etməlidir. Bu gündən etibarən işlərə start veriləcək.

Tarix boyu Azərbaycan xalqı çox yaradıcı olub. Elə Qobustan da bunun əsas sübutudur. Qısa müddət ərzində YUNESKO-nun mədəni irs siyahısına 13 ad daxil olub. Dövlət şərait yaratmalıdır ki, insanlar yaradıcı sahəyə doğru getsin. Gəlir isə artıq iqtisadi məsələdir".

Təhsil naziri Ceyhun Bayramov çıxışında bildirib ki, gələcəkdə trendə uyğun peşə ixtisası üzrə tədrisin aparılması nəzərdə tutulub:

"Biz yaradıcı sənayedən danışırıqsa, bunun arxasında kreativ düşüncə durmalıdır. Ayrı-ayrı fənlər yox, bütün təlim tərbiyə prosesinin əsasında yaradıcı baza durur. Aşağı yaş qrupunda olan uşaqlar barədə danışırıqsa bu zaman kreativ tənqidi yanaşma vacibdir. 42 məktəbimizdə bu gün yeni layihə tətbiq olunur. Müəllimlərimiz hazırda İsraildə təlimdədirlər və gələn ildən biz məktəblərin sayını artırmaq istəyirik. Layihənin tərkib hissəsi olaraq məktəblərə 3D printerlər paylanılıb. Müasir dünyada peşə və ixtisaslar çox tez dəyişir. Növbəti tədris ilində universitetlərə qəbul yeni təsnifatla aparılacaq".

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir: "Burada imkanlar çox genişdir və birmənalı olaraq dəstəklənməsi gərəklidir. Statistikaya əsasən ölkədə işsizlik 4,9 faizdir. Bu gün əmək bazarında ciddi artım müşahidə olunur. Bu gün ölkədə yaradıcı sahənin böyük əksəriyyəti fərdi qaydada fəaliyyət göstərir. Yaradıcı sənaye əlilliyi olan şəxslər üçün çox geniş potensial daşıyır. Biz də məşğulluq zamanı bu sahəyə köklənmişik və 1500-dən çox inkluziv fərdi sahibkar yaratmağı düşünürük".

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova hazırda ölkə iqtisadiyyatının qarşısında duran əsas iki çağırış var: "Onlardan biri iqtisadi artımdır. İqtisadi artım göstəriciləri bizi qane etmir. İkimcisi isə ölkədə məşğulluğun təmin olunması məsələsidir. Əsas çağırış layiqli əməklə vətəndaşların təmin olunması durmalıdır, nəinki insanları işlə təmin etmək. Hazırda dünya üzərində də işsizlik baxımından gənclər xüsusi diqqət çəkir. Kiçik və orta sahibkarların iqtisadiyyatdakı yerinin növbəti onillikdə 70% artması nəzərdə tutulub".

Günel Hacı

Fotolar: Nuran Məmmədov

Nazirlər təqdimatda - Fotolar
Nazirlər təqdimatda - Fotolar
Nazirlər təqdimatda - Fotolar
Nazirlər təqdimatda - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi