xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Professor Elton Məmmədov beynəlxalq mükafatlarla təltif olunub

13-01-2024, 17:01 25 dəfə baxılıb



Qardaş Türkiyənin Ankara şəhərində yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 20 dekabr 2023-cü il tarixli qərarı ilə AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri texnika elmləri doktoru, professor Elton Məmmədov həmin Akademiyanın “Avropa Şərəf Ordeni” ilə təltif olunub. Orden Azərbaycan aliminə Türk dünyası elminə və təhsilinə xüsusi xidmətlərinə görə verilib.

Professor, həmçinin 2023-cü ildəki elmi nailiyyətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasında ilin ziyalısı” beynəlxalq mükafatına layiq görülüb.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Avropa Şərəf Ordeni” və “Türk dünyasında ilin ziyalısı” mükafatı Akademiyanın başqanı professor-doktor Hasan Ahmet və Baş katib professor-doktor Tuncay Paltanın imzaladığı sertifikatlarla birgə professor Elton Məmmədova elmi qurumun rəsmi əlaqələndiricisi texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə tərəfindən təqdim edilib.

Təqdimatın sonunda çıxış edən texnika elmləri doktoru, professor Elton Məmmədov qardaş ölkənin mükafatlarını ümumilikdə Azərbaycan elminə verilən yüksək qiymət kimi dəyərləndirib.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi