xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim

10-10-2019, 09:58 62 dəfə baxılıb

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim

İnanın ki, o vaxt xəstə olanda onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, xanəndə Zabit Nəbizadə deyib.

“O vaxt Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə qəbul olmaq bir az çətin idi. Bakı qeydiyyatında olmayanları qəbul etmirdilər. Mən də ona görə məcbur olub Ələt qəsəbəsindəki Ağac Emalı Kombinantında işləmək qərarına gəldim. Çünki iki ildən sonra oranın yataqxanasının qedyiyyatına düşəcəkdim.

Kombinatda qapı və pəncərə istehsal edirdik. İşim çətin deyildi. Sonradan orada işləyən zaman belimin zədələndiyini öyrəndim. Hətta bir ildən sonra yeriyə bilmədim. Ayağımın biri tutulmuşdu. Bunu valideynlərimdən gizlədib, müalicə üçün bir çox yerlərə getdim. Amma bir müddətdən sonra bir ayağım şişdi. Məlum oldu ki, belim səpdiyi üçün bütün çirk ayağıma yığılıb.

Bu hadisələr baş verən zaman 1988-ci ildə Cabbar Qaryağdıoğlu adına müsabiqəyə hazırlaşırdım. Ona görə xəstəxanada yata bilmədim. Müsabiqəni udub tanınmaq istəyirdim. Çünki harada oxusam, mənə “Bala Alim” deyirdilər.

Müsabiqədə yer tuta bilmədiyim üçün xəstəxanaya getməli oldum. Dörd ay ərzində iki dəfə əməliyyat olundum. Ancaq həm çirk kəsilmədi, həm də çirk olan ayağım şişdi. Ona görə də məni onkoloji xəstəxanaya göndərdilər. İnanın ki, o vaxtı onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Son olaraq Nisə xanım adında həkim məni 10 günə sağaltdı. Məlum oldu ki, belimdə yırtıq olub. Çirk həmin yırtıqdan yaranıbmış. Nisə həkimin dediyi kimi, taxtanın üstündə yatdıqdan sonra düzəldim. İndi bir az ağır bir şey qaldıran kimi ağrıyıram. Yenidən yırtıq əmələ gəlmə ehtimalı var. Ona görə ehtiyatlı olmalıyam.

Onu da qeyd edim ki, həmin vaxt dörd ay xəstəxanada yatdığım üçün pensiyaya belə çıxmışdım”, – deyə Xalq artisti qeyd edib.

Zabit Nəbizadə Hepatit C xəstəliyindən də əziyyət çəkdiyini qeyd edib:

“2005-ci ildə İrana konsertə getdiyim zaman Hepatit C xəstəsi olduğunu öyrəndim. Analizlər diaqnozu təsdiqlədi. Amma Bakıda ailəmlə bağlı vacib işim olduğu üçün geri qayıtdım. İki aydan sonra yenidən İrana gedib dostlarımın köməyi ilə həkimə getdim və 300 dollara olan iynələri aldım. Altı ay həmin iynələri vurdurdum. 2-3 il müalicə aldıqdan sonra tam sağaldım.

Müalicə aldığım zaman xeyli arıqlamışdım, rəngim belə saralmışdı. Çünki vurulan iynələr kimyəvi idi. Hətta sənət yoldaşlarımdan ikisi sarı rəngdə olan halımı görüb mənimlə qorxa-qorxa salamlaşırdılar. Çəkinirdilər ki, xəstəlik onlara keçəcək. İnanın ki, o an gözümün önündən getmir.

Hər şeyə rəğmən, həmin vaxt səsim yerində idi. Hətta toyda oxuduğum zaman qısqanclıqdan aparata müdaxilələr edirdilər. O günümdə belə ayağımı qazanlar oldu”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi